Milli Məclis bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklik edib
22 may, 2012 09:32
Milli Məclisin bugünkü iclasında Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi ilə bağlı layihə müzakirə olunub.
Qəsəbənin adı dəyişdirilərək Natəvan qoyulub. Bundan başqa, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub və müvafiq dəyişikliklər edilib.