Azərbaycan prezidenti İtaliya prezidentinə başsağlığı verib
22 may, 2012 18:44
Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Ciorcio Napolitanoya başsağlığı məktubu göndərib. Məktubda bildirilir: “Hörmətli cənab Prezident, ölkənizin şimalında baş vermiş zəlzələnin doğurduğu insan tələfatı və ciddi dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.