Qubada baş verən yol qəzasında bir nəfər ölüb
17 iyun 2012 05:32

 

Bakı – Quba - Rusiya Federasiyası dövlət avtomobil yolunun 163-cü km-də, Quba rayonunun Nərimanabad kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Quba rayon sakini Əbil Talıbovun idarə etdiyi 90 CS 951 dövlət nömrə nişanlı “KİA Rio” markalı avtomobil təmirlə əlaqədar yolun kənarına tökülən qum topasına çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Lerik rayon Siyov kənd sakini, 54 yaşlı Xanlar Bayramov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Bakı şəhəri Maştağa qəsəbə sakini, 34 yaşlı Fərman Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 Faktla bağlı araşdırma aparılır.

İyunun 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
17 iyun 2012 05:27

 

Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcəkdir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperatur gecə 20-23° isti, gündüz 27-32° isti olacaqdır.

Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 35-45 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır. Temperaturun gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Temperaturun gecə 16-21°, gündüz 26-31° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən, axşam və gecə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Temperaturun gecə 18-23°, gündüz 30-35° isti, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı vardır. Temperaturun gecə 19-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

İyunun 17-dən başlayaraq hava şəraitinin dəyişiləcəyi, temperaturun tədricən 5-8 dərəcə aşağı enəcəyi, iyunun 18-19-da 26-28° isti təşkil edəcəyi, gecə və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
16 iyun 2012 19:32

 

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgindir.  Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk və işğal olunmuş Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən, Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt, və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Azərbaycanda növbəti buraxılış imtahanları keçiriləcək
16 iyun 2012 19:29

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

TQDK-dan verilən məlumata görə, hər bir rayon üzrə saat 10:00-da XI siniflər, 15:00-da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

11-ci sinif şagirdləri imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 9-cu sinif şagirdləri isə imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnamə), təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkili yapışdırılır və şəkil möhürlə təsdiqlənir) özləri ilə gətirməlidirlər.

Qeyd edək ki, iyunun 18 də saat 10:00-da orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 44 imtahan mərkəzi ayrılıb.

İyunun 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
16 iyun 2012 06:09

 

Bakıda və Abşeron yarımadasında havanın əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 20-25° isti, gündüz 35-38° isti olacaqdır. Bakıda gecə 22-24° isti, gündüz 37-39° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət 50-55 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 25-27° isti olacaqdır.

Naxçıvan Muxtar Respublikasında əsasən, yağmursuz temperaturun gecə 17-22° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında əsasən, yağmursuz, temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən yağmursuz. Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən yağmursuz. Temperaturun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 19-24°, gündüz 33-38° isti olacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Bakıda yanğın olub, sakinlər təxliyyə olunub
16 iyun 2012 06:07

 

Bakının Suraxanı rayonunda cümə günü yanğın baş verib.

FHN-in rəsmi saytı məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda yanğın baş vermiş, ərazinin və əhalinin təhlükəsizliyi üçün köməyə ehtiyac yaranıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın baş vermişdir.

Nazirliyin xilasediciləri binadakı 15 yaşayış evindən 25 nəfərin çıxarılaraq təhlükəsiz əraziyə uzaqlaşdırılmasını, həmçinin hadisə yerinə kənar şəxslərin girişinin məhdudlaşdırılmasını təmin etmişlər. Əməliyyat saat 17:34-də başa çatıb.

Bakıda bayram konserti və möhtəşəm atəşfəşanlıq olub
16 iyun 2012 06:05

 

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanın müstəqillik tarixinə şanlı səhifə kimi yazılmış Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil etmişdir.

Bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və paytaxtımızın qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmişlər.

Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr etmişlər.

Gürcüstan KİV-ində Mehriban xanım Əliyevanın "İlin birinci xanımı" adına layiq görülməsi ilə bağlı məlumat verilib
16 iyun 2012 06:02

 

Gürcüstanın kütləvi informasiya vasitələrində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "İlin birinci xanımı" adına layiq görülməsi ilə əlaqədar məlumat yayılmışdır.

İnformasiyalarda təqdimat mərasimi də əks etdirilmişdir. Gürcüstan azərbaycanlıları daim diqqət və qayğı gördükləri Mehriban xanımı bu yüksək ad münasibətilə təbrik edir, yeni uğurlar arzulayırlar.

Ramil Usubov daxili işlər orqanlarında işə qəbul barədə danışdı
15 iyun 2012 09:10

 

"Azərbaycanda daxili işlər orqanlarında işə qəbulun müsabiqə yolu ilə aparılması vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir".

Bunu jurnalistlərə daxili işlər naziri Ramil Usubov deyib.

Daxili işlər orqanlarına qəbulun müsabiqə yolu ilə aparılmasının polisin işinin keyfiyyətinə müsbət təsir göstərdiyini deyən nazir qeyd edib ki, bu, problemin həlli üçün düzgün vasitədir.

Daxili işlər orqanlarına sıravi polis nəfərindən zabit heyətinə qədər işə qəbulun müsabiqə yolu ilə aparıldığını deyən nazir bu təcrübənin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, 15 İyun - Qurtuluş Günü münasibətilə bu gün Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Anomal istilər nəticəsində Bakıda 3 nəfəri gün vurub
15 iyun 2012 06:33

 

Son sutka ərzində anomal istilərin nəticəsində Bakıda 3 günvurma hadisəsi qeydə alınıb. 

Bu barədə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, günvurmadan zərər çəkən 25 yaşlı kişi Respublika Xəstəxanasına yerləşdirilib. Digər iki nəfərə isə təcili tibbi yardım göstərilib və onlar ev şəraitində qalıblar. Onlardan biri 11 yaşlı oğlan, digəri isə açıq günəş altında uzun müddət işləyən 30 yaşlı Ələt qəsəbəsinin sakinidir.

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
15 iyun 2012 06:31

 

Bu gün 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Bakıda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Milli.Az-a verilən məlumata görə, bu gün saat 21:00-da Dənizkənarı Milli Parkda Saat qülləsinin yanında tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert keçiriləcək. Saat 23:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.

BŞİH paytaxt sakinlərini və şəhərin qonaqlarını möhtəşəm bayram şənliyinə dəvət edir.

Hindistanın yeni səfiri etimadnamələrinin surətini Azərbaycana xarici işlər nazirinə təqdim edib
15 iyun 2012 06:16

 

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Vinod Kumarı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etimadnamələrinin surətini E. Məmmədyarova təqdim edən V. Kumar ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün səylə çalışacağını bildirib.

Öz növbəsində, E. Məmmədyarov iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Nazir hindistanlı diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

İyunun 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
15 iyun 2012 06:07

 

Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Temperatur gecə 20-24, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 25-35 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 16-21, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 17-22, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 20-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

İyunun 15-i və 16-da ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 35-38, yarımadanın bəzi yerlərində 40, Naxçıvan MR-in və aran bölgəsinin bəzi rayonlarında 38-40, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcəyi gözlənilir. İyunun 17-də isə hava şəraitinin dəyişiləcəyi, temperaturun tədricən aşağı enəcəyi ehtimalı var.

Bu gün Milli Qurtuluş Günü qeyd edilir
15 iyun 2012 06:00

 

Azərbaycanda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd edilir.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yarandı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Elmar Məmmədyarov Qarabağ münəqişəsinin həllinin əsas şərtini açıqladı
14 iyun 2012 13:04

 

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, ilk növbədə, Ermənistanın qoşunlarını Azərbaycan ərazisindən çıxarması lazımdır". Trend-in məlumatına görə, bu barədə ı Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycan insidentlərin araşdırılması mexanizminin tətbiqinə razılıq verib, lakin qoşunların çıxarılmasından sonra bu mexanizm lazım olmayacaq", - nazir deyib.

Onun sözlərinə görə, indiki şəraitdə mexanizmin tətbiqi "status-kvo"nun daha da möhkəmlənməsi mənasına gəlir.

"Qoşunların çıxarılmasından sonra təmas xəttində snayperlərə ehtiyac qalmayacaq", - Məmmədyarov vurğulayıb.

İyunun 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
14 iyun 2012 05:42

 

Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Temperatur gecə 19-24° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 16-21° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 12-17°, gündüz 22-28° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında hava əsasən. yağmursuz keçəcək. Temperaturun gecə 19-22°, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 16-21°, gündüz 29-34° isti, dağlarda gecə 12-16° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır
14 iyun 2012 05:38

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın silahlı bölmələri iyunun 13-ü saat 08.00-dan bu gün səhər saat 08.00-dək olan vaxt ərzində Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında, Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun Şıxlar, Cəvahirli və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.

Düşmən cavab atəşi ilə susdurulub.

Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
13 iyun 2012 04:52

 

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, hər bir rayon üzrə saat 10.00-da XI, saat 15:00-da isə IX siniflər öz biliyini nümayiş etdirəcək.

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb. Adı çəkilən rayonlar üzrə 11382 nəfər XI sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb. İmtahan keçiriləcək rayonlar üzrə 16681 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyulun 4-də buraxılış imtahanı verəcəklər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "İlin birinci xanımı" mükafatı ilə təltif edilib
13 iyun 2012 04:50

 

Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan “Ekovitrin” jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə “İlin birinci xanımı” nominasiyasının qalibi olmuşdur.

İstanbuldakı “Green Park” otelində mükafatın təqdim olunması mərasimini “Ekovitrin” jurnalının sahibi Kamran Abaçıoğlu açaraq, laureatları və qonaqları salamlamış, jurnalın keçirdiyi sorğu haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, sorğu iki ay davam etmiş, 34 nominasiya üzrə 102 siyasət, biznes, incəsənət və elm xadiminə 251 min 562 səs verilmişdir. İki ay davam edən səsvermədən sonra ilin ulduzları müəyyən olunmuşdur.

Salona toplaşan nazirlər, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, Türkiyənin və dünyanın nüfuzlu iş adamlarının sürəkli alqışları altında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın layiq görüldüyü “İlin birinci xanımı” mükafatını İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və Kamran Abaçıoğludan qəbul etmişdir.

Mərasimdə “İlin naziri” nominasiyasında mükafat Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günaya, “Beynəlxalq diplomatiya” mükafatı isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğluna təqdim olunmuşdur.

Türkiyənin nüfuzlu universitetlərinin rektorları Mustafa Aydın, Sezer Şener, “Çalık İnşaat” şirkətinin sahibi Əhməd Çalık, İstanbulun Şişli rayonunun bələdiyyə sədri Mustafa Sarıgül və digər nüfuzlu şəxslər laureatlar arasında olmuşlar.

Mərasimdən sonra mükafatı alanlar xatirə şəkli çəkdirmişlər.

Elmar Məmmədyarov Niderlandın baş nazirini Azərbaycana səfərə dəvət edib
12 iyun 2012 18:36

 

Niderland Krallığında rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 12-də bu ölkənin baş naziri Mark Rutte ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında iqtisadi və siyasi münasibətlər müzakirə olunub və əlaqələrin gələcək perspektivi ətrafında fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov M. Rutteni Azərbaycana səfərə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən baş nazir “Eurovision” musiqi yarışmasının Azərbaycanda müvəffəqiyyətlə keçirilməsinə görə təbriklərini çatdırıb.

Görüşdə Azərbaycanda və regionda gedən proseslər, həmçinin tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.            

 əvvəlki    23  24  25  26  27  28  29  30  31  32  33    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.