Anomal istilər nəticəsində Bakıda 3 nəfəri gün vurub
15 iyun, 2012 06:33
Son sutka ərzində anomal istilərin nəticəsində Bakıda 3 günvurma hadisəsi qeydə alınıb.
Bu barədə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, günvurmadan zərər çəkən 25 yaşlı kişi Respublika Xəstəxanasına yerləşdirilib. Digər iki nəfərə isə təcili tibbi yardım göstərilib və onlar ev şəraitində qalıblar. Onlardan biri 11 yaşlı oğlan, digəri isə açıq günəş altında uzun müddət işləyən 30 yaşlı Ələt qəsəbəsinin sakinidir.