Bakıda bayram konserti və möhtəşəm atəşfəşanlıq olub
16 iyun, 2012 06:05
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanın müstəqillik tarixinə şanlı səhifə kimi yazılmış Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil etmişdir.
Bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və paytaxtımızın qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmişlər.
Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr etmişlər.