Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
16 iyun, 2012 19:32
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgindir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk və işğal olunmuş Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən, Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt, və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.