Xəbərlər

Azərbaycan prezidenti İsrail dövlət başçısına başsağlığı verib
19 iyul 2012 15:35

 

Azərbaycan prezidenti İlham Əliyev İsrail prezidenti Şimon Peresə başsağlığı məktubu göndərib.

Məktubda bildirilir:

“Hörmətli cənab Prezident, Bolqarıstanın Burqas şəhərindəki hava limanında törədilmiş terror aktı nəticəsində həmvətənlərinizin həlak olması xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin nümayəndə heyətini qəbul edib
19 iyul 2012 15:33

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə əsasən Cənubi Qafqaz və Yaxın Şərq regionlarında baş verən proseslər, Azərbaycanın beynəlxalq sülh yaratma əməliyyatlarında rolu və Əfqanıstandakı fəaliyyəti müzakirə edilib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin, eləcə də Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən qondarma seçkilərin nizamlama prosesinə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığı və mövqeyinin möhkəmləndiyi vurğulanan görüşdə Azərbaycanın BMT TŞ-dəki fəaliyyəti və beynəlxalq təşkilatlarla münasibətləri müzakirə edilib.

42 yaşında yenidən ana oldu
19 iyul 2012 10:21

 

Amerikalı model və oyunçu Uma Thurman 42 yaşında yenidən ana oldu.

Uma Thurmanın menajeri oyunçunun qız körpə dünyaya gətirdiyini ifadə etdi, ancaq körpə ilə əlaqədar detallı məlumat vermədi.

Köhnə hıyat yoldaşı Ethan Hawkedan 13 və 10 yaşlarında iki uşağı olan Thurmanın, körpəsinin atası iş adamı Arpad Bussonın da Elle Macphersondan iki oğlu var.                                    

Kate Upton üsyan etdi
19 iyul 2012 10:17

 

ABŞ-lı manken Kate Upton, kilolu olduğu səbəbiylə özünü tənqid edənlərə sanki atəş püskürdü.

Internet saytları tərəfindən "tombul" deyə xarakterizə edilən və məşhur bir fastfood zəncirinin reklamlarına çıxdığı üçün tənqid olunan 20 yaşındakı model bunları söylədi:

"İncə olmaq üçün aclıqdan ölə bilmərəm. Həyatın dadını çıxarmaq istəyirəm və əgər yemək yeməzsəm bunu edə bilmərəm. "

Halle Berry setdə yaralanıb
19 iyul 2012 10:12

 

ABŞ-lı məşhur oyunçu Halle Berry son filminin Los Angeles stüdyolarındaki çəkilişlərində yaralandı. Berry xəstəxanaya qaldırılarkən filmin çəkilişlərinə ara verildi.

Məşhur oyunçu Halle Berry son filmi "The Hive" in çəkilişləri əsnasında yaralandı. Hərəkət səhnələri çəkilərkən yüksək bir yerdən düşən sənətçi Los Angelesdəki Cedars-Sinai xəstəxanasına qaldırıldı.

Başını betona çarparaq yaralanan Oscarlı ulduzun sağlamlıq vəziyyətiylə əlaqədar məlumat verildiyi prodüser firma səlahiyyətliləri filmin çəkilişlərinin dayandırıldığını söylədi. 45 yaşındakı ulduz gərginlik növündəki filmdə başı dərddə olan gənc qıza kömək etməyə çalışan bir 911 işçisini canlandırır.

Azərbaycanda hava şəraiti dəyişəcək
19 iyul 2012 09:55

 

Sabah Bakıda qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, iyulun 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturunun gecə 20-23, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 20-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 isti, dağlarda gecə 7-12, gündüz 18-23 isti olacağı gözlənilir.

Ali məktəblərə qəbul imtahanları keçiriləcək
19 iyul 2012 09:54

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 20-də 2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2528 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunacaq.

İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib. 2012-ci ildə I qrup üzrə 33533 abituriyent ərizə təqdim edib.

I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19847 nəfərini oğlanlar, 13686 nəfərini isə qızlar təşkil edir. 18818 nəfər orta ümumtəhsil məktəblərinin builki, 13259 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 167 abituriyent xarici ölkələrin vətəndaşıdır. 123 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1333 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-ci il, ən gənc isə 1997-cı il təvəllüdlüdür.

Bakıda 21080, Naxçıvanda 1324, Gəncədə 3400, Sumqayıtda 4368, Şəkidə 1653, Lənkəranda isə 1708 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

İmtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

I ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 24-dən 30-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Azərbaycanda müəllimliyə namizədlərə vaxt təyin edildi
19 iyul 2012 07:05

 

Azərbaycanda 2012/2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinə müəllimlərin işə qəbul olmaq istəyən namizədlər bu gündən başlayaraq imtahanların harada və nə vaxt keçiriləcəyini biləcəklər. 

Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün və sabah namizədlərin "Şəxsi səhifələri"nə imtahanların keçirilmə yeri və tarixi haqqında məlumat veriləcək. İmtahanların keçirilməsinə iyulun 23-dən başlanılacaq və avqustadək davam edəcək.

Bu il 3270 vakant müəllim yerinə işə qəbul olmaq üçün 15 500 nəfər sənəd verib. Vakant yerlərin 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.

Qeyd edək ki, 2010-cu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələdə keçirilir.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir.

Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçirlər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

TN ötən il orta məktəblərdə 2000-dən çox vakant müəllim yeri üzrə müsabiqə elan etmişdi.

Cəbhə xəttində 5 istiqamətdə atışma olub
19 iyul 2012 07:02

 

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində; Ağdam rayonunun Qaraqaşlı; Füzuli rayonunun Qorqan; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

İyulun 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
19 iyul 2012 06:58

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı ehtimalı var. Temperatur gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq. Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 25-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20, gündüz 27-32 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Dünya ulduzunun qızları: "Anamızın üzünü görmək istəmirik"
18 iyul 2012 13:12

 

Məşhur aktrisa, Hollivud ulduzu Demi Murun övladları ondan üz döndəriblər. 

Aktrisanın tanınmış aktyor Bryus Uillislə nikahda dünyaya gətirdiyi qızları anaları ilə ünsiyyətdən qaçırlar: "Onun üzünü belə, görmək istəmirik".

Murun rəfiqə və dostları da deyirlər ki, 49 yaşlı Demi ilə onun övladları arasında münasibətlər çox pisdir.

Səbəb isə Deminin övladları ilə son vaxtlar pis davranmasıdır.

Aktrisanın qızlarının dediklərinə görə, anaları əsl ev müstəbidinə çevrilib.

23 yaşlı Rumer, 20 yaşlı Skaut və 18 yaşlı Tallulu onu da vurğulayıblar ki, anaları onları dəfələrlə ağladıb.

Demi Mur yanvar ayının sonlarında psixoloji böhran keçirərək xəstəxanaya düşmüşdü. O, anoreksiya və depressiyadan müalicə olunmuşdu.  

Sibel Can yalan danışdı
18 iyul 2012 13:09

 

Türkiyənin ən məşhur müğənnilərindən biri Sibel Can eynən Hülya Avşar təki, kurortda dincələrkən paparassilərdən qorunmaq qərarına gəlib.

Oğlu Engin Can və ailə dostları ilə birlikdə Bodrumda istirahətə başlayan Sibel Can Aralıq dənizində yaxta gəzintisinə çıxıb.

O, Yunanıstanın kiçik adalarına baş çəkməyi də planlaşdırır.

İllərdən bəri danışdırmadığı, küsülü qaldığı Gülben Ergenin sellülitli fotolarının yayılmasından sonra "ehtiyatlı" davranmaq qərarına gələn Sibel Can yaxtada olarkən dənizdə çimməyib. Onu oğlu dilə tutsa da, bir nəticə hasil olmayıb.

Halbuki Sibel Can bir qədər əvvəl jurnalistlərə demişdi: "Bodruma gedəcəyəm. Orada çimərlik paltarında olacağam. Gəlin, çəkin".

Antonio Banderas boşanır
18 iyul 2012 13:08

 

Tanınmış Hollivud aktyoru
Antonio Banderas və Melani Qriffit boşanmaq ərəfəsindədirlər.   Hollivudda
bu barədə söhbətlər gəzməkdədir. Bir neçə gün öncə A.Banderas mərasimlərin
birində ətrafında qızlarla görünüb.  Aktyor
sonradan onlarla bahəm naməlum istiqamətə yollanıb.

Kenan və Berenə şok təklif
18 iyul 2012 13:06

 

Türkiyənin populyar müğənnisi Kenan Doğulu və tanınmış aktrisa Beren Saat evlənməyə hazırlaşarkən, onların populyarlıqlarından faydalanmaq istəyən reklam agentlikləri də fürsəti fövtə vermək istəmirlər.

Payızda ABŞ-ın Los-Anceles şəhərində toy etməyə hazırlaşan Doğulu və Saata Türkiyədəki inşaat şirkətlərindən birinin reklamlarına çəkilmək təklif olunub. Bunun müqabilində ulduzlara 3 milyon lirə vəd edilib.

Çəkildiyi seriallarda hər seriyaya görə 50 min lirə alan və bununla da Türkiyənin ən çox qazanan aktrisalarından birinə çevrilən Saat təklifi qəbul etməyi düşünür.

Kenan Doğulu ötən ay qardaşı Ozan Doğulu ilə çay şirkətinin reklamına çəkilmişdi. Kenan 10 saniyəlik reklam üçün 1 milyon lirə almışdı.

Saat isə reklamlardan əldə etdiyi gəlirlər hesabına İstanbulun Etiler səmtində 5 milyon lirəyə lüks apartament alıb.

Məşhur aktrisa və qızını zibil maşını vurdu
18 iyul 2012 13:05

 

Tanınmış amerikalı aktrisa, əri Tom Kruzdan boşanma prosesində olan Keti Holms dünən Nyu-Yorkda qəzaya düşüb.

32 yaşlı aktrisa qızı Surini şəhərin Çelsi səmtindəki idman məktəbindən evə apararkən "Classic Sanitation Recycling New York Corp" şirkətinin zibil maşını onların avtomobilini vurub.

Polisdən verilən məlumata görə, qəza zamanı Keti və Suri "Mercedes S550" avtomobilinin arxa oturacağında olublar. Ulduz aktrisanın maşını kiçik xəsarət alıb.

Holms və onun 6 yaşlı qızı Suri heç bir xəsarət almayıblar.

İyulun 17-də Keti Holmsun Hollivud ulduzu Tom Kruzdan boşanma prosesinin ilk iclası keçiriləcək.

Məşhur türk müğənni: "Allaha çox şükür..."
18 iyul 2012 06:01

 

Türkiyənin məşhur müğənnisi Gökhan Özən ata olub.

 Onun iki il əvvəl evləndiyi prodüser Selen Sevigen dünən dünyaya qız övladı gətirib. İstanbuldakı "Şişli Memorial Hastanesi" klinikasında doğulmuş qıza hələ ad qoyulmayıb. Sevincini Ttwitter-də bölüşən Özən yazıb: "Allaha şükür ki, ata oldum. Çox sevinirəm".

Gökhan Özəni ilk təbrik edənlər arasında müğənni Demet Akalın da vardı. Özən klinikanın palatasında qızını qucağına alaraq şəkil çəkdirib.

Azərbaycan prezidenti ölkə aeroportlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə ilə bağlı sərəncam imzalayıb
18 iyul 2012 05:52

 

Prezident İlham Əliyev Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: ““Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Heydər Əliyev” Beynəlxalq Aeroportunda, Gəncə, Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 612, 2007, № 9, maddə 867, № 10, maddə 996; 2008, № 8, maddə 717, № 9, maddə 797; 2009, № 2, maddə 78, № 7, maddə 580, № 12, maddə 1043, 2010, № 5, maddə 443) 2012-ci il sentyabrın 1-dən ləğv edilsin”.

 Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycanın vəzifəli şəxslərinin siyahısını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin.

 Azərbaycan hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin siyahısını Azərbaycan Xarici İşlər Nazirliyinin təklifləri əsasında iki ay müddətində təsdiq etməli və bu barədə dövlət başçısına məlumat verməlidir. Ölkə hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydalarını iki ay müddətində təsdiq etsin və bu barədə prezidentə məlumat verməlidir.

İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
18 iyul 2012 05:49

 

Təmir işləri ilə əlaqədar olaraq iyulun 18-də saat 10:00-dan 17:00-dək “İsmayıllı” və “Talıstan” Qazpaylayıcı Stansiyalarında təbii qaz təchizatı dayandırılacaq. ARDNŞ-dən verilən məlumata görə, təmir işləri aparılan müddətdə İsmayıllı şəhərinə, eləcə də rayonun Talıstan, Təzəkənd, Yeniyol, Buynuz və Topçu kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.                        

Azərbaycanda qabiliyyət imtahanları keçirilir
18 iyul 2012 05:41

 

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanları başlayıb. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin verdiyi məlumata görə, III ixtisas qrupuna daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turlarda iştirak edərək müvəffəq qiymət alan və test imtahanı nəticəsində müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər iyulun 18-dən qabiliyyət imtahanı verəcəklər.

Qabiliyyət imtahanları iyulun 24-dək davam edəcək. Test imtahanının nəticəsinə əsasən, 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

Qabiliyyət imtahanından keçməyən abituriyentlər müsabiqə şərtini ödədikləri halda həmin qrupa aid xüsusi qabiliyyət tələb etməyən digər ixtisasların müsabiəqəsində iştirak edə bilərlər.

III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlandı
17 iyul 2012 19:38

 

Nəticələr TQDK-nın rəsmi saytında yerləşdirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatları, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. İmtahanlar respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəranda keçirilib.

 əvvəlki    990  991  992  993  994  995  996  997  998  999  1000    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.