Məşhur aktrisa və qızını zibil maşını vurdu
18 iyul, 2012 13:05
Tanınmış amerikalı aktrisa, əri Tom Kruzdan boşanma prosesində olan Keti Holms dünən Nyu-Yorkda qəzaya düşüb.
32 yaşlı aktrisa qızı Surini şəhərin Çelsi səmtindəki idman məktəbindən evə apararkən "Classic Sanitation Recycling New York Corp" şirkətinin zibil maşını onların avtomobilini vurub.
Polisdən verilən məlumata görə, qəza zamanı Keti və Suri "Mercedes S550" avtomobilinin arxa oturacağında olublar. Ulduz aktrisanın maşını kiçik xəsarət alıb.
Holms və onun 6 yaşlı qızı Suri heç bir xəsarət almayıblar.
İyulun 17-də Keti Holmsun Hollivud ulduzu Tom Kruzdan boşanma prosesinin ilk iclası keçiriləcək.