Sibel Can yalan danışdı
18 iyul, 2012 13:09
Türkiyənin ən məşhur müğənnilərindən biri Sibel Can eynən Hülya Avşar təki, kurortda dincələrkən paparassilərdən qorunmaq qərarına gəlib.
Oğlu Engin Can və ailə dostları ilə birlikdə Bodrumda istirahətə başlayan Sibel Can Aralıq dənizində yaxta gəzintisinə çıxıb.
O, Yunanıstanın kiçik adalarına baş çəkməyi də planlaşdırır.
İllərdən bəri danışdırmadığı, küsülü qaldığı Gülben Ergenin sellülitli fotolarının yayılmasından sonra "ehtiyatlı" davranmaq qərarına gələn Sibel Can yaxtada olarkən dənizdə çimməyib. Onu oğlu dilə tutsa da, bir nəticə hasil olmayıb.
Halbuki Sibel Can bir qədər əvvəl jurnalistlərə demişdi: "Bodruma gedəcəyəm. Orada çimərlik paltarında olacağam. Gəlin, çəkin".