Bakı, 17 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyevin bu gün Parisdə “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşü olub. Görüşdə Azərbaycanla “Total” şirkəti arasında “Abşeron” və “Şahdəniz” yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlıq, eləcə də əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Bakı, 17 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyevin bu gün Parisdə “Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barrillə görüşü keçirilib. Görüşdə “Tecnip” şirkətinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, bu şirkətin “Şahdəniz-1” yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu qeyd olunub. Həmçinin gələcəkdə Azərbaycan ilə “Tecnip” arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Bakı, 17 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüşü keçirilib. Görüşdə Azərbaycanla “GDF-Suez” şirkəti arasındakı əlaqələrin perspektivləri, “Abşeron” qaz yatağı üzrə əməkdaşlıq, həmçinin Azərbaycanda əhalinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bakı, 17 sentyabr (ERtv). Səid Rüstəmov adına əməkdar Xalq Çalğı Alətləri Orkestrinin 80 illik yubileyi ərəfəsində orkestr haqqında Kitab işıq üzü görüb. Bu barədə ERtv-yə açıqlama verən tanınmış vokalçı, AzTV-nin Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov bildirib ki, o, uşaqlıq illərindən bu orkestrlə əməkdaşlıq edib: "İlk dəfə bu orkestrə məni ustadım Mobil Əhmədov gətirmişdi. Daim bizim görkəmli bəstəkarlardan Süleyman Ələsgərovu, Hacı Xanməmmədovu, Şəfiqə Axundovanı, dirijor Nəriman Əzimovu bu orkestrlə iş birliyini görürdüm. O vaxt heç düşünməzdim ki, bir zaman gələcək və mənə bu orkestr haqqında kitab yazmaq nəsib olacaq. Bu gün Azərbaycan Televiziya və Radiosunda çalışdığım üçün qürur duyuram. Çünki, Televiziya və Radionun Musiqi kollektivləri bizim əbədiyaşarların ilk sənət ocağı olub. Qüdrətli, güclü, günü-gündən inkşaf edən Azərbaycanımızın mədəniyyətinə xidmət etmək mənə böyük şərəfdir".
Qeyd edək ki, üç dildə (Azərbaycan, rus, ingilis) yazılan bu kitabda Şərqdə ilk notlu Xalq Çalğı Alətləri Orkestrinin dünəni və bu günü əks olunub, dövlətin mədəniyyətində xidmətlərindən söhbət açılıb. Həmçinin kitabda CD albomda işıq üzü görüb. CD topluda orkestrlə daim çalışan Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Lütfiyar İmanov, Mobil Əhmədovun, həmçinin Müslüm Maqamayevin “Radio Marşı”, Üzeyr bəyin orkestr üçün “Fantaziya” əsəri öz əksini tapıb.
Bakı, 17 sentyabr (ERtv). Azərbaycan peşəkar musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin 127 illiyi ilə əlaqədar Azərbaycanın tanınmış vokalçısı, Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun Üzeyir Hacıbəylinin vokal əsərlərindən ibarət musiqi albomu işıq üzü görüb. CD topluda Üzeyir bəyin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Koroğlu” operasından ariya və duetlər, bəstəkarın romansları, həmçinin, hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlər əksini tapıb. Ramil Qasımov bildirib ki, belə bir toplunun ərsəyə gəlməsi onun çoxdankı arzusu olub: "Üzeyir bəyin əsərlərindən ibarət böyük bir toplu çıxarmaq mənim çöxdankı arzum idi. Qüdrətli Azərbaycanımız günü-gündən inkişaf edir. Hər bir insan dövlətinə və cəmiyyətinə faydalı olmağa çalışmalıdır. O cümlədən də mən. Azərbaycan peşəkar musiqisinin banisi dahi Üzeyir bəyin əsərlərinin ilk gənc iştirakçısı və ifaçısı kimi mən deyə bilərəm ki, böyük qürur hissi keçirirəm. 15 yaşımda “O olmasın, bu olsun”da Sərvər, “Arşın mal alan”da Əsgər, həmçinin 26 yaşında “Koroğlu”da Koroğlu obrazını ifa etmək mənə nəsib olub. Üzeyir bəyin əsərlərinin CD albomunu çıxarmaqda məqsəd Azərbaycanın hüdudlarından kənarda olarkən peşəkar musiqimizi təbliğ və təqdim etməkdir".
Bakı, 17 sentyabr (ERtv). İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət geniş tərkibdə nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu gün İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. İndoneziya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.
Sonra İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb. Nazir qarşılıqlı rəsmi və işgüzar səfərlərin, təşkil edilən biznes forum və işgüzar görüşlərin ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycan və İndoneziya arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edilən görüşdə işgüzar əlaqələrin genişlənməsi üçün potensial imkanlardan səmərəli istifadənin əhəmiyyəti diqqətə çatdırılıb.
İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasa Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin inkişafında ölkələrimizin böyük perspektivə malik olduğunu vurğulayıb.
Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İndoneziya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və İndoneziya tərəfindən nəqliyyat, dağ mədən sənayesi, turizm, daşınmaz əmlak, heyvandarlıq, bitkiçilik, balıqçılıq və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib. Biznes forumda İş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilən tədbirdə Azərbaycanın biznes mühiti və investisiya potensialına dair təqdimat keçirilib, ölkəmiz haqqında video çarx nümayiş olunub. Biznes forumda həmçinin, İndoneziya şirkətlərinin təqdimatları keçirilib, onların fəaliyyət sahələri barədə məlumat verilib. Biznes forum zamanı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İndoneziyanın Ticarət və Sənaye Palatası arasında, AZPROMO ilə İndoneziyanın Ticarət və Sənaye Palatası arasında, eləcə də Azərbaycanın “Gənc sahibkarlar şəbəkəsi” ilə “İndoneziyanın Gənc Sahibkarları Assosiasiyası” arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sənaye və Energetika Nazirliyində, Azərbycan Dövlət Neft Şirkətində, Əmlak Məsələləri Dövlət Komitəsində və Dövlət Neft Fondunda görüşlər keçirilib. İndoneziya nümayəndə heyəti səfər çərçivəsində Dövlət Bayrağı Meydanı və “İçəri şəhər”lə də tanış olacaq.
Bakı, 17 sentyabr (ERtv). Prezident İlham Əliyev Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanın 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı pilot layihənin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılır.
Azərbaycanın Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Bakı, 17 sentyabr (ERtv). Prezident İlham Əliyev İosif Kobzonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. sərəncama əsasən Rusiya ilə Azərbaycan arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə İosif Davıdoviç Kobzon “Dostluq” ordeni ilə təltif edilib.
Bakı, 17 sentyabr (ERtv). Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva Respublikasına rəsmi səfər edib. Litvada Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Litvanın mili müdafiə naziri Rasa Yunkiaviçene arasında təkbətək, sonra isə geniştərkibli görüş keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, görüşlərdə ölkələrarası hərbi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi qərara alınıb və Litva ilə Azərbaycan müdafiə nazirlikləri arasında yenilənən hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.
Görüşdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak edib.
Azərbaycanın müdafiə nazirinin sabah Litvanın rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub.
Bakı, 17 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyev Fransaya işgüzar səfəri baçlayıb. Parisin Orli beynəlxalq hava limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub. Prezident İlham Əliyev hava limanından onun üçün ayrılan iqamətgaha yola düşüb.
Bakı, 17 sentyabr (ERtv). Sentyabrın 18-dən etibarən Bakı şəhərində Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyinin əməkdaşları və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri üçün təlim kursuna start veriləcək.
Təlim kursunun Proqramına əsasən iştirakçılara Azərbaycanda gənclər siyasəti sahəsində gürülən işlər haqqında ətraflı məlumatların verilməsi, Gənclər Fondunda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlərin keçirilməsi və Bakı şəhərində gəzintilərin təşkili nəzərdə tutulub.
Bakı, 17 sentyabr (ERtv). Cənubi Koreyanın paytaxtı Seul şəhərinin Olimpik stadionunda “World Peace Initiative” adlı festivalı keçirilib. Festivalda ölkəmizi Dünya Azərbaycanlı Gənclər Birliyinin Koreya nümayəndəsi KAIST Universitetinin tələbəsi Cavid Əliyev təmsil edib.
ABŞ, Avropa, Afrika, Asiya ölkələrinin bir çox aparıcı telekanalları bu festivalı işıqlandırıb. Festivalın açılış mərasimi 150-dən çox ölkənin iştirak etdiyi təntənəli keçidlə başlayıb.
Festivala qatılan və müxtəlif millətləri, mədəniyyətləri və dinləri təmsil edən 100.000 iştirakçı “Dünyaya Sülh” ismarıcı verib. Festivalda yeni Ginnes rekordu qeydə alınıb. Eyni anda 100.000 çıraq işıqlandırılıb.
Bakı, 17 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyev Fransaya işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb.
Bakı, 17 sentyabr (ERtv). Sentyabrın 20-də Milli İnternet Mükafatına - Milli Net 2012-yə start verilir. Milli Net müsabiqəsinin keçirilməsindən məqsəd ölkədə İKT sektorunun, xüsusilə də İnternetin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Bu il keçirilməsi nəzərdə tutulan Milli Net 2012 Qaydalarında müəyyən dəyişikliklər edilib. Ötən ildən fərqli olaraq 2 yeni Nominasiya əlavə olunub və Nominasiyaların sayı artırılaraq 13-ə çatdırılıb. Aşağıdakı Nominasiyalar üzrə yarışmanın keçirilməsi nəzərdə tutulub.
- Korporativ saytlar
- İctimai-sosial saytlar
- Media və İnformasiya
- Mədəniyyət, incəsənət və turizm saytları
- Ailə, uşaq və sağlamlıq
- Asudə vaxt, idman və əyləncə
- Bloqlar
- Elm və təhsil
- Dövlət və bələdiyyə saytları
- Xidmət (Servis)
- İstifadəçi kontenti üzərində qurulmuş saytlar
- Ən yaxşı sosial şəbəkə
- StartUp 2012
“Ən yaxşı sosial şəbəkə” Nominasiyasına istifadəçilərlə informasiya münasibətlərini və xidmətlər göstərilməsini fəal formada Facebook səhifəsi üzərindən həyata keçirən qurumlar öz Facebook səhifələrini təqdim edə bilərlər. Bu Nominasiyanın qaliblərinə SAZZ şirkətinin xüsusi mükafatları təqdim olunacaq.
Azərbaycan İnternetində yeni saytların yaranmasını stimullaşdırmaq üçün StartUp 2012 Nominasiyası əlavə olunub. Bu Nominasiya üzrə yalnız 2012-ci ilə fəaliyyətə başlayan İnternet Layihələr və saytlar yarışmaya qəbul ediləcək.
Ötən ildə olduğu kimi Qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir . Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Münsiflər Heyətinin tərkibi yeniləşdirilib. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırması zəruridir. Ötən illərdə olduğu kimi bu il də Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.
Qeydiyyat prosesi 20 Sentyabr tarixdən başlayır və noyabrın sonunda başa çatır. Səsvermə prosesi dekabrın 15-dək davam edəcək. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
Bakı, 17 sentyabr (ERtv). «Regional İnsan Hüquqları və Media Mərkəzi» İctimai Birliyi müharibədən zərərçəkən ailələrdən olan uşaqlar üçün ödənişsiz dərzilik kurslarını davam etdirir. Azərbaycanın Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilk 4 qrupda dərslər yekunlaşıb. Kursları müvəffəqiyyətlə bitirənlərə nəfərə sertifikatlar təqdim edilib. Artıq sonuncu iki qrupda da dərslər yekunlaşmaq üzrədir. Bu dəfə də dərslər hər birində 10 nəfər olmaqla iki qrupda aparılır. Kurslar həftədə 3 dəfə keçirilir. Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunub. Bu layihə çərçivəsində ümumilikdə 60 nəfər kurslara cəlb edilib.
Qeyd edək ki, «Qarabağ müharibəsindən zərərçəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili» layihəsinin 6 ay müddətində icra edilməsi nəzərdə tutulub. Layihədə əsas məqsəd bu təbəqədən olan gənclərə peşə bacarıqlarının öyrədilməsi ilə onların məşğulluğunun artırılmasına nail olmaqdır. Bu həm də həmin təbəqədən olan şəxslər arasında əmək miqrasiyasının azaldılmasına və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım edəcək.
Bakı, 17 sentyabr (ERtv). Vyanada Platts və Avstriyanın Enerji Nazirliyi tərəfində təşkil olunan 6-ci illik “Avropa qaz təchizatı və infrastruktur” adlı beynəlxalq konfrans keçirilib. Konfransda enerji sahəsində tanınmış ekspertlər, qaz şirkətlərinin rəhbərləri, Avropa enerji infrastrukturunun nümayəndələri, boru kəmər operatorları və s. iştirak edib. Tədbirdə əsasən Avropa bazarının qazla təchizat, təchizat və tələb təhlükəsizliyi məsələləri, həmçinin Cənub Qaz Dəhlizinə daxil olan layihələrin son inkişaf durumu müzakirə olunub.
Azərbaycanı tədbirdə Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva təmsil edib. Ekspert öz çıxışında Cənub Dəhlizin inkişafı haqda danışaraq son hadisələri təhlil edib. O, bildirib ki, Türkiyənin Türkmənistan qazının İran vasitəsilə öz daxili bazarına və həmçinin Avropa bazarlarına nəql etmək niyyəti Azərbaycanın bu layihədə maraqlarına təsir göstərəcək. G.Rzayeva qeyd edib ki, məhz bu səbəbdən Transxəzər boru xətti məsələsi tezliklə həll olunmalıdır.
Cənub Dəhlizin Avropaya nəql edəcək marşrutun seçilməsi qərarı tezliklə baş verməzsə İraq, Qatar, Şimali Afrika və yaxud Şərqi Aralıq Dəniz qazı rəqabət təşkil edə və Şah Dəniz qazı hədəfə aldığı Avropa bazarlarını tuta bilər.
Bakı, 17 sentyabr (ERtv). Erməni silahlı bölmələri bu gecə Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və Ağdamın işğal olunan Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata gör, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bakı, 15 sentyabr (ERtv). Prezident İlham Əliyev 2012/2013-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olan tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 2012/2013-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycanın ali məktəblərinə daxil olan aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək:
Abbasova Fidan Sahib qızı
Abbasova Səbinə Elbəy qızı
Abdullah Simuzər Əli qızı
Abdullayev Coşqun Tahir oğlu
Ağazadə Vüsal Adil oğlu
Axundov Ayxan Asim oğlu
Axundov Bəhram Murad oğlu
Allahverdiyev Bəxtiyar Baba oğlu
Allahverdiyeva Surə Şəmsəddin qızı
Ataxanlı Elgün Zahid oğlu
Bağırlı Nigar İlqar qızı
Baxşəliyeva Reyhanə Ələkbər qızı
Bəşirli Leyla Elşad qızı
Bəylərova Zərrintac Elxan qızı
Cəfərli Əlibəy Azər oğlu
Dünyamalıyeva Nurlana Yasif qızı
Əbilova Nərmin Adil qızı
Əhmədli Əli Fuad oğlu
Əhmədov Elvin Aydın oğlu
Əhmədov Sadiq Təhmasib oğlu
Əliyev Cahangir Saleh oğlu
Əlili Əliqulu Mahmud oğlu
Əliyeva Eldanə Hüseyn qızı
Əliyeva Xeyransa Rafiq qızı
Əliyeva Kəmalə Kamal qızı
Əliyeva Sevinc Oruc qızı
Əliyeva Səlmi Mehman qızı
Əliyeva Ülviyyə Mübariz qızı
Əlizadə Zümrüd Mürşüd qızı
Əmirova Nərmin Elşad qızı
Əmişova Gülnarə Fərahim qızı
Gəraylı Lalə Elxan qızı
Haqverdiyeva Gülşən Xudaverdi qızı
Heydərli Elxan Cəbrayıl oğlu
Həsənova Ləman Habil qızı
Həsrətli Xanım Həzrət qızı
Hətəmova Tərgül Arzuman qızı
Hüseynov Şaiq İbrahim oğlu
Hüseynova Elnurə Rəfael qızı
Hüseynova Ruhəngiz Telman qızı
Hüseynzadə Ülvi Atababa oğlu
Hüsüzadə Fəhmin Əkbər oğlu
Xanlarzadə Xanlar Mehti oğlu
İbrahimli Nərmin Sabir qızı
İbrahimov Nicat İlrəvan oğlu
İsazadə Nurlan Namik oğlu
İsmayılov Rəşad Fəhrat oğlu
İsmayılzadə Tural Cavid oğlu
Kərimli Nəriman Akif oğlu
Kərimli Pərviz Elşad oğlu
Kərimov Elnur Telman oğlu
Knyazlı Nəriman Aydın oğlu
Qasımzadə İlhamə Sultan qızı
Qasımzadə Rövşanə Elşən qızı
Qədirli Bəhruz Adil oğlu
Qurbanov Böyükağa Həsənağa oğlu
Qurbanov Mais Rövşən oğlu
Mahmudova Günay Mustafa qızı
Mehdili Nihad Zöhrab oğlu
Mehdiyeva Dilbər İlqar qızı
Mehdiyeva Könül Fikrət qızı
Məmişov Rəşid Əlbala oğlu
Məmmədli Aytən Əhməd qızı
Məmmədli Emil Oqtay oğlu
Məmmədli Nigar Zakir qızı
Məmmədov Emin İlqar oğlu
Məmmədov Fərid Saleh oğlu
Məmmədov Həsənağa Vüqar oğlu
Məmmədov Samir Vahid oğlu
Məmmədov Turhan Zakir oğlu
Məmmədova Xatın Fərhad qızı
Məmmədova Lalə Emin qızı
Mirzəyev Tamerlan İftixar oğlu
Möhsümova Aytən İlham qızı
Muradov Kamran Fuad oğlu
Mütədayın Bahar İbrahim qızı
Nağızadə Kənanə Məhərrəm qızı
Nərgiz Məzahir qızı
Nəsibov Yaşar Mansur oğlu
Nizamov İlham İlqar oğlu
Novruzlu Nuranə Qərib qızı
Nuri Taleh Tacəddin oğlu
Orucov Qurban İbrahim oğlu
Oruczadə Kamil Şamil oğlu
Paşabəyli Əşrəf Saleh oğlu
Rəhimov Rza Rasim oğlu
Rəsulzadə Fəxriyyə Yaqub qızı
Rəşidov Anar Mərdan oğlu
Sadıqov Eltun Arif oğlu
Sarayev Qalib Yaşar oğlu
Səfərov Orxan Arif oğlu
Səlimova Pərnaz Adil qızı
Soltanova Aidə Ramiz qızı
Sultanlı Türkan İsgəndər qızı
Süleymanov Kərim Fazil oğlu
Süleymanova Vəfa Əmiraslan qızı
Şirəliyeva Nailə Heybət qızı
Tərlanlı Ümid Elman oğlu
Vəliyev Aydın Kərəm oğlu
Yusibzadə Elmar Elçin oğlu
Yusifli Səxavət Nizami oğlu
Zinharlı Eşqin Adil oğlu
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bakı, 15 sentyabr (ERtv). Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 16-dan 19-dək Albaniyanın paytaxtı Tirana şəhərində rəsmi səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Mirkazım Kazımov, Çingiz Əsədullayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Albaniya parlamentində olacaq, ölkənin qanunverici orqanının fəaliyyəti ilə yaxından maraqlanacaq, albaniyalı həmkarları ilə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq.
Səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovun Albaniyanın prezidenti Buyar Nişani, parlamentin sədri Jozefina Topalli, baş nazir Sali Berişa və digər rəsmi şəxslərlə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında danışıqlar aparılacaq.
Bakı, 15 sentyabr (ERtv). Azərbaycanın Cənubi Afrika Respublikasındakı Səfirliyi fəaliyyət göstərdiyi ölkənin Pretoriya şəhərində CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin təşkil etdiyi “Diplomatik Yarmarka”da iştirak edir. Hər il təşkil ediən ənənəvi yarmarkada CAR-da fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə öz ölkələrinin tarixi və mədəniyyətini təqdim etmək şəraiti yaradılır. Səfirliyimiz isə öz növbəsində Azərbaycan üçün ayrılan hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, xalçalar, kitablar, milli şirniyyatlar və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib.
Yarmarkanı açıq elan edən CAR BƏƏD-nin nazir müavini İbrahim İbrahim daha sonra sərgidə iştirak edən ölkələrin səfirləri ilə birgə yarmarkanı gəzərək ölkələrin sərgiləri ilə tanış olub.
Qeyd edək ki, Azərbaycanın Səfirliyi CAR üçün ənənəvi sayılan yarmarkada ilk dəfədir iştirak edir. Tədbiri iki gün ərzində minlərlə xarici və yerli vətəndaşlar ziyarət edib.