




Gün.Az xəbər verir ki, bu münasibətlə şairin doğulduğu Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin açılış mərasimi keçirilib.
Azərbaycan və dünya ədəbiyyatına töhfələr vermiş böyük şairin adını daşıyan muzeyin açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib.
Ev-muzeyinin özəlliyi odur ki, muzeydən Naxçıvan MR-ın bütün məktəblərinə eyni vaxtda interaktiv yolla Məmməd Arazla bağlı dərslər keçiriləcək.
Yüksək səviyyədə təşkil olunmuş açılış mərasimində şairin həyat yoldaşı Gülxanım Fətəliqızı, qızı Şəlalə, nəvələrindən Tuncay və digər ailə üzvləri də iştirak ediblər.
Qeyd ki, 1933-cü il oktyabrın 14-də Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olmuş şair, tərcüməçi, publisist Azərbaycan ədəbi sahəsindəki xidmətlərinə görə Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi adlarına, Hacı Zeynalabdin Tağıyev adına milli mükafata və "İstiqlal” ordeninə layiq görülüb. 1993-cü ildən isə Xalq şairinin şərəfinə "Məmməd Araz” mükafatı təsis olunub.
Xalq şairi 2004-cü ildə Bakıda vəfat edib.









Noyabrın 28-də Parisin mərkəzindəki məşhur “Pöti pale“ sərgi-muzey salonunda Azərbaycnın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə tanınmış fotoqraf Reza Deqatinin Azərbaycan ilə bağlı sərgisinin açılışı böyük əks-səda doğurub.
Bunu sərgiyə gələnlərin sayının gündən-günə artması sübut edir.
Parislilər və şəhərin qonaqları sərgidə Azərbaycanın tarixini, mədəni dəyərlərini əks etdirən fotolara tamaşa etməyə daha çox üstünlük verirlər. Sərgini ziyarət edənlərin əksəriyyəti 1990-cı ildə Qara Yanvar hadisəsini və Dağlıq Qarabağ münaqişəsini, o cümlədən Xocalı soyqırımını əks etdirən fotolara xüsusi maraq göstərirlər. Ziyarətçilər insanlığa qarşı çevrilən münaqişələri əks etdirən fotoların yanından etinasız ötmür, onların qarşısında uzun müddət dayanaraq dünyamızın faciəsini yaşayan insanların taleyinə biganə qalmır, ağır hisslər keçirirlər. Bunu onların sifətlərindəki ifadədən aydınca oxumaq olur.
Xatırladaq ki, sərgi dekabrın 7-dək davam edəcəkdir.
