Xəbərlər

AİB Azərbaycana 150 milyon dollar kredit ayırdı
02 dekabr, 2014 15:15

Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyətində “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - 3” layihəsinin maliyyələşdirilməsi ilə bağlı “Azərsu” ASC ilə Asiya İnkişaf Bankı arasında, eləcə də Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə Asiya İnkişaf Bankı arasında Layihə sazişləri imzalanıb.

“Azərsu” ASC-dən Gün.Az-a verilən məlumata görə, sənədləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov və Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono imzalayıblar. 

Asiya İnkişaf Bankı “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı- 3” layihəsi çərçivəsində Azərbaycan Hökumətinə güzəştli şərtlərlə 150 milyon dollar kredit ayıracaq. Bu vəsaitin 122,160 milyon dolları Ağcabədi, 27,840 milyon dolları Naxçıvan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına sərf olunacaq. 

Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsinə əsasən, istehlakçıları dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 15 ədəd subartezian quyusu qazılacaq. Su mənbəyindən şəhərə 18,4 km uzunluğunda magistral su xətti çəkiləcək, ümumi tutumu 5000 kubmetr olan 4 ədəd su anbarı tikiləcək. Ağcabədi şəhərində 214 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 8500 ünvana birləşmə veriləcək. 

Layihə çərçivəsində Ağcabədi şəhərinin kanalizasiya sistemləri də yenidən qurulacaq. Bu məqsədlə 197 km kanalizasiya şəbəkəsi yaradılacaq, 7800 ünvana kanalizasiya birləşməsi veriləcək. Tullantı sularının idarəedilməsi məqsədilə 8,1 km kanalizasiya kollektoru tikiləcək, nasos stansiyası quraşdırılacaq. Çirkab suların təmizlənib zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 20 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. 

Qeyd edək ki, Azərbaycan hökumətinin Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işlərinin böyük hissəsi başa çatıb. 

Ağcabədi və Balakən şəhərlərində isə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına hazırlıq görülür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.