Xəbərlər

Ötən ay dəm qazından zəhərlənən 17 nəfər xəstəxanaya yerləşdirilib
02 dekabr, 2014 15:18

Dünyanın bütün ölkələrindən olan 200 nəfərdən çox nümayəndənin iştirak etdiyi iclasda 2015-2017-ci illərdə Qlobal Fondun dünyanın 140-dan çox ölkəsi ilə QİÇS, vərəm və malyariya xəstəliklərinə qarşı mübarizədə əməkdaşlıq siyasəti, maliyyələşdirmə mexanizmi, əməkdaşlıq üçün yeni hüquqi platforma və digər vacib protokol və strateji sənədlər müzakirə olunaraq təsdiqlənib.

Üç xəstəliyə qarşı mübarizədə dünyada beynəlxalq maliyyə yardımı göstərən ən böyük qurum olan Qlobal Fondun aparıcı üç Komitəsindən biri, Maliyyə və İnzibati İdarəetmə komitəsinə cari ilin mart ayından 2 il müddətində Səhiyyə Nazirliyinin Azərbaycanda beynəlxalq layihələr üzrə ölkə əlaqələndirmə komissiyasının sədr müavini Soltan Məmmədov sədrlik edir.

Qlobal Fondun Maliyyə Komitəsinin sədri Qlobal Fondun 2016-2018-ci illərdə Azərbaycanda Səhiyyə və Ədliyyə nazirlikləri ilə əməkdaşlığını davam etdirəcəyini və Azərbaycanın hal-hazırda bütün regionda maliyyə davamlılığını təmin edən nümunəvi ölkə olduğunu bildirib.  

Qeyd etmək lazımdır ki, Qlobal Fond QİÇS, vərəm və malyariya xəstəlikləri ilə mübarizədə ölkələrə illik olaraq 4 milyard dollardan çox maliyyə yardımı göstərir.  Hal-hazırda Qlobal Fondun maliyyə dəstəyi ilə 7 milyona yaxın insan antiretrovirus müalicə ilə təmin olunmuş, 12 milyon nəfərdən çox ilkin vərəm xəstəsi aşkarlanaraq müalicəyə cəlb olunmuş və malyariya ilə mübarizə üçün 410 milyon miçətkən paylanıb.

Qlobal Fond ölkələrdə bu xəstəliklərlə mübarizədə səhiyyə sisteminin gücləndirilməsi tədbirlərinə daimi olaraq prioritet məsələ kimi baxır və həyata keçirilən tədbirlərin hər zaman ölkənin mövcud milli strategiyasına qaynaqlandığını əldə olunacaq uğurun əsas təminatçısı kimi qəbul edir. 

QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond 2002-ci ildən başlayaraq dünyanın 140-dan çox ölkəsinə bu xəstəliklərə qarşı mübarizədə 30 milyard ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. Azərbaycanda Səhiyyə və Ədliyyə nazirlikləri 2005-ci ildən başlayaraq Qlobal Fondla üç xəstəliyə qarşı mübarizədə əməkdaşlıq edir. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.