İyunun 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
26 iyun 2012 06:17

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-23, gündüz 31-36 dərəcə isti olacaq.

Bakıda gecə 21-23, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-50 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 17-22, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 19-24, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyunun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir
26 iyun 2012 06:15

 

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. ADR yarananda Azərbaycanda milli ordu deyilən bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.

Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.

Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

1991-ci il oktyabrın 9-da Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

İstilər qayıdır: sabah Azərbaycanda temperatur 37 dərəcə olacaq
25 iyun 2012 10:37

 

Sabah Azərbaycan ərazisində havanın temperaturu 37 dərəcəyə yüksələcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında iyunun 26-da hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Prezident İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən təntənəli mərasimdə iştirak edib
25 iyun 2012 10:36

 

İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport verdilər.

Mərasimdən əvvəl dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoydu.

Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış oldu.

Prezident İlham Əliyev sonra mərasimin keçirildiyi stadiona gəldi.

Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verərək şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məzunları “Salam, gənc zabitlər!” sözləri ilə salamladı.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Mərasimi müdafiə naziri, general-polkovnik Səfər Əbiyev açdı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı mərasimdə nitq söylədi.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim etdi. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olundular.

Dövlətimizin başçısı bir qrup zabitə mənzillərin orderlərini təqdim etdi. Ali Baş Komandan onları təbrik etdi, gələcək xidmətlərində uğurlar arzuladı.

Digər məzunlara diplomlar müəllim heyəti tərəfindən təqdim edildi.

Sonra məzunların buraxılış mərasimi davam etdirildi. Tədris və intizamda birinci yerləri tutan məzunlar üzərində ulduz və aypara təsviri olan emblemi rəmzi yaş kötüklərinə vurdular.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu oldu.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildi.

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı gətirildi, kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçdilər.

Azərbaycan Prezidenti İlham Əliyev məzunlarla, kursantlarla, hərbçilər və valideynlərlə sağollaşdı.

Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Bakıda günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı artıb
25 iyun 2012 07:22

 

Havaların isti keçməsi ilə əlaqədar iyunun 5-dən bu günədək paytaxtda günvurma ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 29 nəfərə çatıb. Bu haqda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini Suğra Bəşirova bildirib. Onun sözlərinə görə, müraciət edənlərdən 11 nəfəri xəstəxanaya yerləşdirilib. S.Bəşirova deyib ki, son iki gün ərzində günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edənlərin sayı 7 nəfər olub. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib, qalanlarına isə tibbi yardım göstərilib.

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı məlum olub
25 iyun 2012 07:20

 

Gündəliyə 34 məsələ salınıb.  Milli Məclisin (MM) sonuncu növbədənkənar plenar iclası iyunun 29-da keçiriləcək. MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, iclasda ümumilikdə 34 məsələ müzakirəyə çıxarılacaq.

Müzakirəyə çıxarılacaq məsələlər sırasına Qırğızıstan, Bolqarıstan, Makedoniya, Hindistan, Ukrayna ilə hökumətlərarası sazişlərin, bəyanatların və digər sənədlərin təsdiqi də daxildir. Həmçinin, “İctimai televiziya və radio yayımı haqqında” qanuna, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər olunacaq.

İclasda Şəhərsalma və Tikinti Məcəlləsi isə sonuncu oxunuşda müzakirə ediləcək.

Mehriban Əliyeva: “Heydər Əliyev Fondu mədəni və tarixi irsin qorunmasına böyük əhəmiyyət verir”
24 iyun 2012 07:21

 

“Heydər Əliyev Fondu mədəni və tarixi irsin qorunmasına böyük əhəmiyyət verir və biz belə layihələri həm Azərbaycanda, həm də digər dövlətlərdə həyata keçiririk. Mən çox şadam ki, ümumbəşəri sərvət olan bu mədəni abidələrin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verəcək”.

Bu barədə Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş”-in imzalanma mərasimindəki çıxışında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva deyib.

O bildirib ki, Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. “Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, bizim ən böyük sərvətlərimizdən biridir. 2002-ci ildə ölkəmizə səfəri zamanı Roma Papası II İoann Pavel Azərbaycanı Şərq ilə Qərb arasında qapı və dözümlülük nümunəsi adlandırıb. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mövzusunda böyük beynəlxalq görüşlər, forumlar məhz bizim ölkəmizdə keçirilir. Paytaxtımızın ev sahibliyi etdiyi əhəmiyyətli tədbirlər - 2010-cu ildə dünya dini liderlərinin zirvə toplantısı, 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Bakı Beynəlxalq Humanitar Forumu bu sahədə atılan mühüm addımlar kimi qiymətləndirilir”.

 Mehriban Əliyeva bildirib ki, bu ilin oktyabrında Azərbaycanın paytaxtında İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək. O mərasim iştirakçılarını bu tədbirdə iştirak etməyə dəvət edib: “Belə görüşlər, belə tədbirlər dünya liderlərini, ictimai xadimləri, insanları, xalqları bir araya gətirərək dialoqun, dözümlülüyün, qarşılıqlı hörmətin vacibliyini beynəlxalq arenada ön sıraya çıxarır”.

Jurnalistlərin suallarını cavablandıran Azərbaycanın birinсi xanımı bildirib ki, Heydər Əliyev Fondu ümumdünya mədəni irsinin qorunmasına dair bir sıra iri layihələr həyata keçirib. “Bizim “Azərbaycan - tolerantlığın ünvanı” layihəmiz vardır. Bu layihə çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada biz Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də iştirak etmişik”.

 O qeyd edib ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir.

Mehriban Əliyeva vurğulayıb ki, Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim və çox möhkəm kökləri var. Əsrlər boyu Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıb. “Biz inanırıq ki, yalnız dialoq, yalnız dözümlülük vasitəsilə insanları bir araya gətirmək olar. Biz buna səy göstəririk”.

 Heydər Əliyev Fondunun prezidenti qeyd edib ki, bu gün Azərbaycanda Şərq ilə Qərb arasında, xristian dünyası ilə müsəlman aləmi arasında, müxtəlif mədəniyyətlər arasında dialoqun qurulmasına ən yüksək dövlət səviyyəsində çox böyük əhəmiyyət verilir. Bu baxımdan Azərbaycan bu gün müsəlman ölkəsi kimi dünya üçün bir nümunə ola bilər.

Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilir
24 iyun 2012 07:15

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq ediblər.

Bu hüquqa malik olan bakalavrlardan 8529 nəfəri qəbul proqramını seçərək təsdiqləyiblər. Onlardan 7418 nəfəri Azərbaycan bölməsinin, 1111 nəfəri isə rus bölməsinin məzunlarıdır. Bakalavrların 3661 nəfərini oğlanlar, 4868 nəfərini isə qızlar təşkil edir. 5110 nəfər ali təhsil müəssisələrinin builki, 3419 nəfər əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 7652 nəfərinin Bakıda, 221 nəfərinin Naxçıvanda, 656 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın keçirilməsi üçün Bakıda 11, Naxçıvan və Gəncə şəhərlərinin hər birində 1 imtahan mərkəzi ayrılıb.

İyunun 24-də saat 13.00-da başlayacaq imtahanda sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Hər bir bakalavr öz imtahan nəticələrinə dair “məlumat vərəqi”ni internet vasitəsilə əldə edə biləcək.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirirəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda Krans Montana Forumunun illik sessiyası keçiriləcək
24 iyun 2012 07:10

 

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə iyunun 28-dən iyulun 1-dək Bakıda Krans Montana Forumunun illik sessiyası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, Forum çərçivəsində həm turizm sessiyası, həm də yeni liderlərin görüşü mədəniyyətlərarası dialoqa həsr ediləcəkdir.

Forumda dörd ölkənin dövlət başçısının, baş nazirlərin, nazirlərin və digər hökumət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.

Azərbaycanda buraxılış imtahanları keçirilir
24 iyun 2012 07:04

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş rayonlarının orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, hər bir rayon üzrə saat 10.00-da XI siniflər, 15.00-da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 32 imtahan mərkəzi ayrılıb. Həmin rayonlar üzrə 10538 nəfər XI sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün isə həmin rayonlarda ümumilikdə 32 imtahan mərkəzi ayrılıb. İmtahan keçiriləcək rayonlar üzrə 15018 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyulun 4-də buraxılış imtahanı verəcəklər.

Heydər Əliyev Fondunun dəstəyi ilə amerikalı məktəblilər arasında keçirilən inşa müsabiqəsinin qalibləri Azərbaycanda səfərdədirlər
23 iyun 2012 07:20

 

Heydər Əliyev Fondu və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin birgə dəstəyi ilə keçirilmiş inşa müsabiqəsinin qalibi seçilmiş amerikalı məktəblilər iyunun 20-dən Azərbaycanda səfərdədirlər.

Heydər Əliyev Fondundan verilən məlumata görə, Ümümbəşəri Məsələlərin Araşdırılması Üzrə Amerika Şurasının Azərbaycanla bağlı keçirdiyi inşa müsabiqəsi 2011-ci ilin dekabr ayında 3000 məktəbli arasında elan edilmiş, 2012-ci ilin 1 mart tarixində başa çatmışdır. Şuranın Proqram rəhbəri Althea Georgantas və Azərbaycanın Santa Fedəki Fəxri Konsulu Emmit McHaffie amerikalı məktəbliləri müşayət edir.

Səfər proqramının ilk günü qonaqlar Heydər Əliyev Fondunda muzeylə tanış olmuş, fondun fəaliyyəti ilə maraqlanmışlar. Daha sonra nümayəndə heyəti Muğam mərkəzində olmuş, İçərişəhər və Milli Parkda gəzmişlər.

İyunun 28-dək davam edəcək səfər zamanı qonaqlar bir sıra hökümət nümayəndələri ilə görüşlərdə iştirak edəcək, Xəzər Enerji Mərkəzində, Azərbaycan Diplomatik Akademiyasında, Amerika səfirliyində, Amerika Mərkəzində olacaqlar. İstirahət saatlarında amerikalı məktəblilər Azərbaycan Dövlət Tarix Muzeyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu ilə tanış olacaqlar. Proqramda qonaqların Qəbələ rayonuna səfəri nəzərdə tutulur.

Ümümbəşəri Məsələlərin Araşdırılması Üzrə Amerika Şurası Birləşmiş Ştatların 40 ştatında yerləşən 100-ə yaxın nümayəndəlikdən ibarətdir və həyata keçirdiyi qlobal layihələrdə hər il 500.000-ə yaxın insan iştirak edir.

İyunun 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
23 iyun 2012 07:13

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 18-21° isti, gündüz 28-33° isti olacaqdır.

Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaqdır.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava gündüz əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 14-19° isti, gündüz 31-36 isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 10-15°, gündüz 23-28° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 14-19, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 17-22°, gündüz 32-37° olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir.

Temperaturun gecə 18-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Heydər Əliyev Fondu ilə Vatikan arasında razılaşma imzalanıb
23 iyun 2012 07:12

 

İyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair Saziş” imzalanmışdır. Sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazi imzalamışlar.

İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə kardinal Can Franko Ravazi Mehriban xanım Əliyevaya Romaya bu səfərinə və görüşə görə təşəkkürünü bildirdi. Görüşün səbirsizliklə gözlənildiyini deyən kardinal onun xüsusi əhəmiyyətini qeyd etdi. Kardinal Ravazi vurğuladı ki, bu gün imzalanacaq sənəd dinlər və mədəniyyətlər arasında dialoqun parlaq nümunəsidir və İtaliya mətbuatında geniş əks-səda doğurmuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdən məmnunluq duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, 20 ili tamam olan diplomatik əlaqələrimiz gündən-günə genişlənir və Azərbaycan bu əməkdaşlığın inkişafında daim maraqlıdır.

Sonra imzalanma mərasimi oldu. Mərasimdə Mehriban xanım Əliyeva çıxış etdi.

Prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb
22 iyun 2012 16:27

 

Azərbaycan prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bununla bağlı Nazirlər Kabinetinə, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə müvafiq tapşırıqlar verilib.  

Əbülfəs Qarayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis olunmasına münasibət bildirib
22 iyun 2012 16:25

 

 “Bu qədər tanınmış və ciddi kino xadimi bir yerə toplaşıbsa, deməli, buna ehtiyac vardı”

 “Yeni təsis olunan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Ədliyyə Nazirliyinə dövlət qeydiyyatdan keçmək üçün müraciət etməlidir. Qeydiyyatdan keçəndən sonra bizə müraciət etsələr, onlara köməklik edəcəyik”. Bunu açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 “Azərbaycanda Kinematoqrafçılar İttifaqı olduğu halda, eyni adlı alternativ qurumun yaradılmasına ehtiyac vardımı” sualına cavab olaraq Ə. Qarayev bunları deyib: “Düşünürəm ki, əgər bu qədər çoxsaylı tanınmış və ciddi kino xadimi bir yerə toplaşıbsa, belə təşəbbüs irəli sürülübsə, deməli, buna ehtiyac vardı”.

Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb
22 iyun 2012 16:23

 

Siyahıda İctimai Palatanın aksiyaları zamanı saxlanılan 9 nəfərin də adı var

Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

 Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

 I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

 1. Abbaslı Tural Feyruz oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2011-ci il 3 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 2. Abdullayev Vasif Asif oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 8 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

 3. Ağayev Osman Azad oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 24 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 4. Alxasov Nicat Sahib oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran hərbi məhkəməsinin 2009-cu il 30 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 5. Babayev Əhməd Ağahüseyn oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 26 may tarixli hökmü ilə məhkum edilmişdir.

 6. Babayev Zeynulla Qurban oğlu, 1951-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 11 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

 7. Bağırov Cəmşid Məhərrəm oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 1 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 8. Bağırov Teymur Xaliq oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Samux rayon məhkəməsinin 2011-ci il 28 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

 9. Baxşıyev Peyman Mirzəli oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2010-cu il 11 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 10. Cəbiyev Pərviz Təbriz oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 29 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

 11. Duduyev Elnur Adil oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 5 mart tarixli hökmü ilə məhkum edilmişdir.

 12. Eyvazov Zülfüqar Xeyrulla oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2011-ci il 25 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

 13. Əhmədov Ağaverdi Əhməd oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 18 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

 14. Əhmədov Nəbi Mübariz oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2010-cu il 16 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

 15. Əlimirzəyev Fuad Ağamirzə oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 30 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

 16. Əliyev Afiq Tofiq oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər hərbi məhkəməsinin 2011-ci il 28 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

 17. Əliyev Faiq Binyaz oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 7 may tarixli hökmü ilə məhkum edilmişdir.

 18. Əliyev Tərlan Elbəyi oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2011-ci il 23 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

 19. Əsədullayev Şamo Şəmsəddin oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər hərbi məhkəməsinin 2011-ci il 28 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

 20. Hacıbəyli Rüfət İbrahim oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2011-ci il 10 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 21. Hacılı Arif Mustafa oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2011-ci il 3 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 22. Hacıyev Məcid Elçin oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 4 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

 23. Hacıyev Tehran Tofiq oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şabran rayon məhkəməsinin 2010-cu il 14 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

 24. Haxverdiyev Orxan Mahir oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2010-cu il 3 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

 25. Həmzəyev İsmayıl Sübhan oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 1 may tarixli hökmü ilə məhkum edilmişdir.

 26. Həmzəyev Yaqub Soltanəhməd oğlu, 1957-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 21 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 27. Həsənov Azad Mirzağa oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayon məhkəməsinin 2010-cu il 7 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

 28. Həsənov Babək Qəzənfər oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2011-ci il 25 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

 29. Həsənov Vüsal Rafiq oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 25 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

 30. Həsənov Zaur Həmid oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 18 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 31. Xəlilov Zaur Sadıq oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 5 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

 32. İsmixanov Xanlar Şahlar oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 11 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

 33. İsrafilov Azadxan Əbdül oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2011-ci il 13 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

 34. Kərimov Sahib Fərman oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2011-ci il 25 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

 35. Qasımov Elşən Aydın oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 24 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

 36. Qasımov Vüsal Müzəffər oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 8 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

 37. Quliyev Ülvü Abdulla oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2011-ci il 10 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 38. Mahmudov Fahrad İsrafil oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 25 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 39. Maşiyev Samir Əlimurad oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2011-ci il 14 mart tarixli hökmü ilə məhkum edilmişdir.

 40. Mehdiyev Orxan Natiq oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2009-cu il 8 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

 41. Məcidli Məhəmməd Çərkəz oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2011-ci il 3 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 42. Məhərrəmov Elçin Suliddin oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 12 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 43. Məhərrəmov Vüsal Elbrus oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2010-cu il 30 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 44. Məmmədli Əhəd Fərhad oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2011-ci il 10 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 45. Məmmədov Abbas Ələkbər oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayon məhkəməsinin 2009-cu il 16 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

 46. Məmmədov Elgün Nüsrəddin oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 10 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

 47. Məmmədov Gəray Saleh oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 24 may tarixli hökmü ilə məhkum edilmişdir.

 48. Məmmədov Vüsal Zakir oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 29 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 49. Muradov Vahid Camal oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2011-ci il 12 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

 50. Mustafayev Nasib Müslüm oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayon məhkəməsinin 2009-cu il 5 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 51. Mürvətov Kamran Muradxan oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2010-cu il 3 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

 52. Nadirov Mübariz Çingiz oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 3 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 53. Novruzov Rüfət Rasim oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 7 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

 54. Səfərov Amid Təvəkkül oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2010-cu il 5 may tarixli hökmü ilə məhkum edilmişdir.

 55. Süleymanov Müşfiq Neymət oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran hərbi məhkəməsinin 2010-cu il 13 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

 56. Süleymanov Nahid Möhübbət oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon məhkəməsinin 2010-cu il 8 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

 57. Talıbov Vahid Vidadi oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 1 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

 58. Vəliyev Orucəli Nadir oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2009-cu il 26 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 II. İslah işləri cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

 1. Məmmədova Gülər Nəbi qızı, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2011-ci il 17 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

 2. Mirzəyev Cavidan Umudvar oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2010-cu il 12 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

 III. Cərimə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzadan azad edilsinlər:

 1. Əliyev Firudin Ziyad oğlu, 1958-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lerik rayon məhkəməsinin 2011-ci il 16 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 2. Həsənov Sərməst İsmi oğlu, 1945-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lerik rayon məhkəməsinin 2010-cu il 27 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

 3. Məmmədov Niyaməddin Əliağa oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2012-ci il 11 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

 4. Şəfiyeva Türkan Rəcəb qızı, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2011-ci il 2 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 5. Şirəliyev Şirəli Heydər oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2009-cu il 10 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 6. Şirinov Qulamhüseyn Səftər oğlu, 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zərdab rayon məhkəməsinin 2011-ci il 9 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

 IV. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılışında iştirak edib, Badamdarda Heydər Əliyev parkının vəziyyəti ilə tanış olub
22 iyun 2012 11:33

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərlə tanışlıq çərçivəsində Badamdarda olarkən qəsəbə sakinləri buradakı Heydər Əliyev parkının əsaslı şəkildə yenidən qurulması ilə əlaqədar dövlətimizin başçısına müraciət etmişdilər. Prezident İlham Əliyev parkın yenidən qurulması ilə bağlı göstərişlər vermişdi. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq parkda təmir və yenidənqurma işlərinin aparılması məqsədi ilə xüsusi layihə hazırlanmış və yenidənqurma işlərinə başlanmışdır.

Bir hektara yaxın ərazisi olan parkda qısa müddətdə bərpa və yenidənqurma işləri həyata keçirilmiş və burada müasir istirahət kompleksi yaradılmışdır. Parkda 7 min kvadratmetrə yaxın sahəyə daş döşənmiş, işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulmuşdur. Bu istirahət kompleksində geniş yaşıllaşdırma işləri aparılmış, müxtəlif bəzək kolları əkilmiş, 4 min kvadratmetr əraziyə yaşıl ot örtüyü salınmışdır. Parkın mərkəzində Azərbaycanın xəritəsi önündə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılmışdır. Burada gecə işıqlandırma sistemi ilə təchiz olunmuş müasir fəvvarə kompleksi quraşdırılmışdır. Parkda uşaqların əyləncəsi üçün xüsusi guşə, kütləvi tədbirlərin keçirilməsi və əhalinin istirahətinin təşkili ilə əlaqədar bütün lazımi şərait yaradılmışdır.

Həyata keçirilən yenidənqurma işləri çərçivəsində parkın ətraf əraziləri abadlaşdırılmış, küçələrə yeni asfalt örtük döşənmişdir.

Parkda yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

Ölkəmizdə 37 dərəcə isti gözlənilir
22 iyun 2012 11:31

 

Azərbaycanın bəzi rayonlarında sabah 37 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Azərbaycanda magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi iyunun 24-də keçiriləcək
22 iyun 2012 07:52

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının ikinci mərhələsini keçirəcək.

Bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, imtahanın ikinci mərhələsində iştirak edəcək bakalavrlar iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq etdiriblər. Bu hüquqa malik olan bakalavrlardan 8529 nəfəri qəbul proqramını seçərək təsdiqlədib. Onlardan 7418 nəfəri Azərbaycan bölməsinin, 1111 nəfəri isə rus bölməsinin məzunudur.

Bakalavrların 3661 nəfərini oğlanlar, 4868 nəfərini isə qızlar təşkil edir. 5110 nəfər ali təhsil müəssisələrinin builki, 3419 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 7652 nəfərinin Bakıda, 221 nəfərinin Naxçıvanda, 656 nəfərinin Gəncədə imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın keçirilməsi üçün Bakıda 11, Naxçıvan və Gəncənin hər birində isə 1 imtahan mərkəzi ayrılıb. İmtahan saat 13.00-da başlayacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İmtahanın nəticələri TQDK-nın rəsmi saytında yerləşdiriləcək. Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

Azərbaycanın hakim partiyası Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinin gözləntilərini açıqlayıb
22 iyun 2012 07:43

 

ATƏT-in Minsk Qrupunun regiona növbəti səfərindən gözləntilərimiz aydındır. İstəyimiz Azərbaycan ərazilərinin işğaldan azad olunması, qaçqn və məcburi köçkünlərin öz doğma yurd yuvalarına qayıtmasıdır. Bunu cümə günü jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, İcra katibi Əli Əhmədov deyib.

"Həmsədlər regiona dəfələrlə səfər edirlər və bu səfərlərin sayı o qədər çoxdur ki, xalq arasında buna turist səfərləri adı verilib. Biz onların regiona səfərinə etiraz etmirik, çünki onlar Dağlıq Qarabağ münaqişəsinin həlli kimi missiyanı qarşılarna məqsəd qoyublar, lakin təəssüf ki, edilən çoxsaylı səfərlər bu günə kimi münaqişənin nizama salınmasına əhəmiyyətli təsir göstərməyib", - Əhmədov bildirib.

YAP rəsmisinin sözlərinə görə, əhəmiyyətli təsir dedikdə biz münaqişənin sona yetməsini, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını nəzərdə tuturuq.

"Bunu həll etməkdən ötrü ilkin addım olaraq həmsədrlər təcavüzkarı açıq şəkildə göstərməli və ondan Azərbaycan torpaqlarını azad etməsini şərt olaraq qarşıya qoymalıdır. Əgər bu şərtlərə əməl edilməsə, münaqişənin nizama salınması üçün həmsədrlərin atdığı addımlar bundan sonrada öz nəticəsini verməyəcək", - Əhmədov deyib.

Qeyd edək ki, yaxın həftələrdə ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər edəcəklər.

 

 

 əvvəlki    21  22  23  24  25  26  27  28  29  30  31    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.