Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan rəhbəri cəlb olunub.
Bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib.
III ixtisas qrupu üzrə sənəd verənlərin 28151 nəfəri Azərbaycan, 2680 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 8280 nəfəri oğlanlar, 22551 nəfəri qızlardır.
Abituriyentlərin 16028-i orta ümumtəhsil məktəblərinin builki məzunudur.
12363 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 135 abituriyent xarici ölkələrin vətəndaşıdır. 183 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2257 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.
Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənci isə 1997-ci ildəndir.
Bakı şəhərində 17797 abituriyent, Naxçıvanda 2140, Gəncədə 3585 , Sumqayıtda 3600, Şəkidə 1846, Lənkəranda isə 1863 abituriyent imtahan verəcək.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat ərzində aparılacaq.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.
III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, gecəyə doğru tutqun olacağı gözlənilir. Temperatur gecə 20-25 isti, gündüz 30-35 dərəcə isti olacaqdır.
Bakıda gecə 22-24 isti, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında gündüz hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21 isti, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-22, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19, gündüz 27-32 dərəcə olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 20-23 isti, gündüz 29-34 isti, dağlarda gecə 12-17 isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollanda təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Fransa Respublikasının milli bayramı – Bastiliyanın alınması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Azərbaycan-Fransa münasibətləri hərtərəfli inkişaf yolundadır. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin daim genişlənməsi zəminində əməkdaşlığımızın bir sıra sahələrdə dərinləşməsi tərəfdaşlığımızı səciyyələndirən amillərdəndir.
Biz Fransanın regionumuzda sülhün və sabitliyin bərqərar olması işinə maraq və dəstəyindən məmnunluq duyuruq. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səyləriniz sayəsində xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə və ədalətli həlli işində tezliklə real nəticələr əldə olunacağına ümidlər bəsləyirik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına sülh və rifah diləyirəm”.
Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına yeni Gəmiqayırma Zavodunun tikintisinə başlanıb ki, bu da regionun ən böyük zavodudur.
Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, yeni tikiləcək zavod həmçinin Xəzər dənizində yeganə ən böyük layihədir: “ARDNŞ əməliyyatlarının 95%-ni dənizdə həyata keçirdiyi üçün Xəzər regionunda ən böyük gəmiqayırma zavodunun tikintisinə ehtiyac yarandı”.
R.Abdullayev qeyd edib ki, hazırda ARDNŞ-ın 300-dən artıq gəmisi var: “Bizim gəmilərə ehtiyacımız daha da artdığı üçün bu zavodun tikintisinə ehtiyac vardı. Zavod işə düşəndən sonra 1500-2000 nəfər insan işləyəcək”.
ARDNŞ prezidenti Azərbaycan enerji təhlükəsizliyini tam təmin etdiyini vurğulayıb: “Həmçinin ölkəmiz Türkiyə, Gürcüstan və bir sıra ölkələrin də enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır. “Şahdəniz”, “Ümid”, “Abşeron” və bir sıra yataqların kəşf edilməsi Azərbaycanın karbohidrogen ehtiyatlarının həcmini daha da artırıb. Belə ki, çıxarıla bilən karbohidrogen ehtiyatları 4,5 mlrd. tona, proqnoz ehtiyatları isə 10 mlrd. ton həcmindədir. Şirkət artıq bir sıra ölkələrdə beynəlxalq layihələr həyata keçirməkdədir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı səfir Marselo Kaballero Torresin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Kuba arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini dedi və səfirin əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin razılıq doğurduğu vurğulandı, bu münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İrana səfər edərkən ehtiyatlı olmağa çağırıb. Bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.
"İranda saxlanılan Azərbaycan şairləri ilə bağlı insident bunun aydın təsdiqidir. Niyə Azərbaycan vətəndaşları özünü Azərbaycanın dostu adlandıran ölkənin ərazisində belə hallarla üzləşməlidir?", - Abdullayev deyib.
Xatırladaq ki, Azərbaycanın iki vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda itkin düşüblər.
Bakıda Milli Parkda iyulun 14-də bayram konserti və möhtəşəm atəşfəşanlıq olacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü münasibətilə təşkil olunacaq tədbir saat 21:00-da başlayacaq.
Bakıda Milli Parkda iyulun 14-də bayram konserti və möhtəşəm atəşfəşanlıq olacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü münasibətilə təşkil olunacaq tədbir saat 21:00-da başlayacaq.
XİN başçısı iranlı nazirdən Azərbaycan hökumətinin ciddi narahatlığını İran rəhbərliyinin diqqətinə çatdırmasını da istəyib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 12-də İran İslam Respublikasının təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin hazırkı durumu və regionunda cərəyan edən proseslərə dair fikir mübadiləsi aparılıb.
E. Məmmədyarov iki ölkə arasında müştərək mədəniyyət, ortaq tarix və qonşuluq münasibətlərini nəzərə alaraq, ortaya çıxan ziddiyyətlərin ikitərəfli münasibətlərə uyğun gəlmədiyini vurğulayıb.
Nazir Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda hələ də saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını deyib, beynəlxalq qanunvericiliyə uyğun olaraq Azərbaycanın diplomatik nümayəndəliyinin, konsulunun bu şəxslərlə görüşünə şərait yaradılmasını tələb edib.
XİN başçısı iranlı nazirdən Azərbaycan hökumətinin ciddi narahatlığını İran rəhbərliyinin diqqətinə çatdırmasını istəyib.
“Azərbaycan tərəfi həmişə Azərbaycan Respublikası Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə tərəfdar olub.
Biz bu icmaların bir-biri ilə ünsiyyət qurmasına və münaqişənin nizamlanmasına öz töhfəsini verməsinə tərəfdarıq”. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesinə qoşulması ilə bağlı ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun fikirlərini belə şərh edib.
Elman Abdullayev bildirib ki, Azərbaycan etimad mühiti formalaşdırmaq məqsədilə erməni və azərbaycanlı icmaları arasında əlaqələrin qurulmasına dair müxtəlif səviyyələrdə irəli sürülən təşəbbüsləri dəstəkləyir: “Hesab edirik ki, bu kimi görüşlər etimad mühitinin formalaşmasına müsbət təsir göstərə, həmçinin münaqişənin nizamlanmasına töhfə verə bilər”.
Türkiyənin populyar müğənnilərindən biri İzelin dünən itkin düşməsi barədə xəbərlər yayılmışdı.
Müğənni isə bu gün jurnalistlərlə əlaqə saxlayaraq bildirib ki, itməyib.
Müğənni Bodrumdakı "My Pavyon"da verəcəyi konsertdən bir qədər əvvəl əşyalarını toplayaraq oteli tərk etmişdi.
Onun meneceri Cenk Eren isə müğənninin başına iş gələ biləcəyindən qorxduğunu demişdi.
İzelin açıqlaması gözlənilməz olub.
"Hər şey əladır. İstanbulda, evdəyəm. İtkin düşməyim, yoxa çıxmağım barədə xəbərlər də yalandır. Cenk Erenin davranışı son günlər pis idi, dəli kimi davranırdı. Bundan usandım. İtməmişəm, bezmişəm!" - müğənni deyib.
Hindistanın ən məşhur aktyorlarından biri, Bollivudun "canlı əfsanəsi" sayılan Dara Sinqh dünyasını dəyişib.
Hindistanın sabiq güləş çempionu Sinqh meymunlar hökmdarı Hanuman rolundan sonra məşhurlaşmışdı.
84 yaşlı aktor Mumbay şəhərindəki evində vəfat edib.
"Atam səhər saatlarında özünü çox pis hiss etdi, həkimləri çağırdıq, amma onlar atamı xilas edə bilmədilər", - aktyorun oğlu Vindu Dara Sinqh deyib.
Hindistanın Pəncab ştatında doğulmuş aktyor 1962-ci ildə aktyorluq karyerasına başlamışdı.
Hanuman rolundan sonra o, 1980-ci illərdə Ramayana tanrısı obrazı ilə daha da populyarlaşmışdı.
Onun son rolu Pəncabda 2007-ci ildə çəkilmiş "Jab We Met" filmi idi.
"Azərbaycanda turizm obyektlərinin göstərdiyi xidmətlərin səviyyəsini beynəlxalq səviyyəyə çatdırmaqla hər bir qonağı ölkəmizə qaytarmağa nail olmaq lazımdır". Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunun (ATİ) 3-cü məzun buraxılışı mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, kadr hazırlığı turizm sənayesi üçün ən əhəmiyyətli yer tutur.
"Artıq 3-cü dəfədir ki, bu institut məzun buraxılışı həyata keçirir. Bu gün ATİ-də həm bakalavriat, həm magistratura, həm də doktorantura üzrə tədris planları həyata keçirilir. ATİ Azərbaycanda yeganə ali məktəbdir ki, ikili diplom verir. ATİ-nin məzunları artıq dünyanın bütün yerlərində diplomları tanınaraq işə qəbul oluna bilərlər", - nazir qeyd edib.
O bildirib ki, artıq bır sıra xarici ölkələrin də tələbələri ATİ-də təhsil alırlar.
Nazir ATİ-nin məzunlarının turizmin inkişafı üçün var qüvvələri ilə çalışacaqlarına əminliyini də bildirib.
ATİ-nin rektoru Cəfər Cəfərov isə deyib ki, institut ölkə başçısı İlham Əliyevin 2005-ci ilin 25 avqustunda verdiyi fərmanla yaradılıb.
Hazırda ATİ-də bakalavriat səviyyəsində 11 ixtisas üzrə 1395 tələbə təhsil alır. Onların əksəriyyəti ölkədə yeni fəaliyyətə başlamış turizm müəssisələrində və beşulduzlu mehmanxanalarda əmək fəaliyyətinə başlayıb. 2010-2011-ci tədris ilindən etibarən ATİ-də magistratura səviyyəsində 3 ixtisas üzrə 19 tələbə təhsil almağa başlayıb. Hazırda bu təhsil səviyyəsi üzrə 41 nəfər təhsilini davam etdirir. 2011-2012-ci tədris ilindən etibarən isə institutda doktoranturaya qəbul başlayıb. Hazırda ATİ-də 8 ixtisas üzrə 16 nəfər fəlsəfə doktoru üzrə təhsil alır.
Cəfər Cəfərov deyib ki, son 2 ildə ATİ-də məzun olanların sayı 288 nəfərdir.
Qeyd edək ki, Əbülfəs Qarayev tədbirdə Avstriya hökumətinin "Qızıl" medalı ilə təltif edilib. Mükafatı nazirə Avstriya hökuməti adından həmin ölkənin Azərbaycandakı səfiri təqdim edib. Mükafat nazirə iki ölkə arasında turizm sahəsi üzrə ikitərəfli əlaqələrin inkişafına töhfəyə görə verilib.
Ali məktəblərdə jurnalistika ixtisasına qəbulun dayandırılması həmin təhsil müəssisələrində jurnalist hazırlığının qənaətbəxş olmaması ilə əlaqədardır. Bunu cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
"Həmin ali təhsil müəssisələrində jurnalistika hazırlığının keyfiyyəti ilə bağlı müəyyən monitorinqlər keçirilib və bu nəticəyə gəlinib", - o deyib.
Onun sözlərinə görə, bu qərar hansısa qurum tərəfindən deyil, komissiyanın gəldiyi qərardır.
"Bu komissiyanın üzvü kimi həmin qərara hörmətlə yanaşıram", - nazir deyib.
Mərdanov növbəti illərdə həmin özəl təhsil müəssisələrində jurnalistika ixtisasına qəbulun bərpa olunacağını deyib.
"Əgər keyfiyyət yüksək olarsa, Azərbaycan cəmiyyəti həmin universitetlərdə jurnalist hazırlığının keyfiyyətinə müsbət yanaşarsa, gələcəkdə bu ixtisas qəbul aparıla bilər", - Mərdanov deyib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın iqamətgahı Ankarada olmaqla Azərbaycanda akkreditə olunmuş səfiri Dragoljub Lgepoganı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib və gələcək işlərində ona müvəffəqiyyətlər arzulayıb.
Öz növbəsində səfir fəaliyyəti dövründə Bosniya və Herseqovina ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu qeyd edib.
İyulun 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirildi. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.
Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 20-25° isti, gündüz 30-35° isti olacaqdır.
Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-50 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən, yağmursuz keçəcəkdir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gündüz hava əsasən, yağmursuz keçəcəkdir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14°, gündüz 22-27° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava əsasən, yağmursuz keçəcəkdir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19°, gündüz 27-32° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Bir neçə həftə sonra 43 yaşına basacaq olan Jennifer Lopez bir çox işi bir yerdə icra edir
Enrique Iglesiasla çıxacağı turneyə hazırlanan Lopez, gələcək mövsüm bir filmin prodüserliyini boynuna götürür. Lezbiyen bir cütlüyün qız uşağı övladlığa etməsindən sonra qızın yetkinliyə girməsiylə yaşanan vəziyyətləri izah edəcək filmin, dram növündə olması gözlənilir. Lopez Fly Girls adlı rəqs birliyi ilə də bir proyekt üzərinə çalışır.
Bodruma gələn və hava limanında çemodanlarını itən Bar Rafaeli ortalığı ayağa qaldırıb.
Modellik karierinə hələ 8 aylıq bir körpəykən başlayan, saysız jurnalın qapağını bəzəyən və bir çox dünya markasının reklam üzü olan 27 yaşındakı Bar Refaeli də tutqunu olduğu Eros Ramazzottinin konsertini dinləmək üçün Paris Haute Couture Həftəsinin sonrasında yoldaşlarıyla birlikdə nəfəsi The Residences at Mandarin Oriental Bodrumda aldı.
Gecənin ən diqqət çəkici qonağı olan İsrailli top model Bar Rafaeli gecəyə qatılmasıyla bütün diqqətləri üzərinə çəkməyi bacardı. Təşkil olunmuş yığıncağa ən gec qatılan ad olan Bar Rafaelinin gecikməsinin səbəbinin isə hava limanında çemodanlarının itməsindən qaynaqlandığı öyrənildi.
Gecənin başlamasına yaxın çemodanlarının hələ də tapılmamasına görə qaldığı oteldə sanki dəliyə dönən Rafaeli ortalığı ayağa qaldıraraq, çemodanlarının tapılması üçün hər kəsi səfərbər etdi.