Türkiyə İraqa hərbi müdaxiləni istisna etmir
23 sentyabr, 2017 16:14
Türkiyənin baş naziri Binəli Yıldırım İraq kürd muxtariyyətində müstəqilliklə bağlı referendum keçiriləcəyi təqdirdə bu ölkəyə hərbi müdaxiləni istisna etməyib.
1news.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş nazir həmçinin iqtisadi və siyasi sanksiyalar barədə də xəbərdarlıq edib.
Qeyd edək ki, kürd muxtariyyəti sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırır.
1news.az