Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 7-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 29-34, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 30-35 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 23-də şimal rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 23-də Abşeron yarımadasında temperaturun bir qədər yüksək olması fonunda rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yaratsa da, sentyabrın 24-də mülayim xəzri küləyinin əsməsi müsbət amildir.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, sentyabrın 23-ü gündüzdən 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Babək Cahandarov

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı