150 kiloqram fındıq oğurlayan iki yeniyetmə saxlanılıb
22 sentyabr, 2017 17:38
Polis əməkdaşları oğurluqla məşğul olan yeniyetmə uşaqları saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, sentyabrın 14-də Balakən rayonu ərazisindəki evlərdən birinin həyətindən 150 kiloqram fındıq oğurlamaqda şübhəli bilinən Qazma kənd sakinləri olan 2 yeniyetmə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Babək Cahandarov