FHN: Xaçmazda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB
20 sentyabr, 2017 22:44
Xaçmazda meşə zolağında baş verən yanğın söndürülüb.
FHN-dən 1news.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında baş verən yanğın söndürülüb.
Yanğının söndürülməsi barədə əlavə məlumat veriləcək.
18:24
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında yanğın başlayıb.
FHN-dən 1news.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı