Təhsil İdarəsi Bakı Məktəb Lisey Kompleksinin direktorunun işdən çıxarılması barədə məlumatlara münasibət bildirib
20 sentyabr, 2017 13:55
Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktorunun işdən çıxarıldığı barədə məlumatlar yayılıb.
1news.az-ın verdiyi xəbərə görə, məlumatlarda bununla bağlı valideynlərin etiraz aksiyası keçirəcəyi bildirilib.
Valideynlər məktəb lisey kompleksinin direktoru Qafar Hüseynov vəzifəsinə bərpa olunmasa, övladlarını məktəbə qoymayacaqlarını qeyd ediblər.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: "Sadəcə, Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir”.
S.Xankişiyeva