Dünən 135 saylı avtobus sürücüsün döyülməsi ilə bağlı artıq polisə müraciət olunub və məsələ araşdırılır. Bakı Nəqliyyat Agentliyi olaraq bu hadisəni pisləyirik. Bu cür hallar yolverilməzdir.
1news.az-ın verdiyi xəbərə görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
“Əgər avotbusda vahid kart ödəniş sistemi tətbiq edilibsə, sərnişinlər avtobusun ön qapısından minib, orta və arxa qapıdan düşməlidirlər. Sərnişin avotbusları ümumi istifadə üçündür. Ümumi istifadədə olan nəqliyyat vasitələrində müəyyən olunmuş tələbələrə əməl etmək həm sərnişinlərin, həm də sürüclərin borucudur. Bu kimi hallar kütləvi xarakter daşımır. Biz çox hallarda belə xoşagəlməz vəziyyətlə rastlaşırırq”.
Avtobuslarda sürücülərin təhlükəsizliyinin təmin edilməsi üçün şəffaf kabinelərdən istifadə olunmasına gəlincə, M.Ağayev bildirib ki, bununla bağlı müxtəlif praktika və təcrübələr mövcuddur.
“Həmin təcrübə öyrənilir, münasib olarsa, bizdə də tətbiq ediləcək. Bu, əslində daşıyıcıların işidir. Bizim tərəfimizdən sərnişindaşıma ilə bağlı bir sıra tələblər qoyulub və tələblərin yerinə yetiriliməsinə agentlik tərəfindən nəzarət olunur.
Məsələn, tələbimiz var ki, mütləq şəkildə avtobuslarda kameralar quraşdırılmalıdır. Bu hadisənin qeydə alınması da məhz kameraların olması sahəsində mümkün olub. Düzdür, hələ ki kart sisteminə keçən avtobuslarda normal kamera sistemi fəaliyyət göstərmir. Lakin digər daşıyıcılar kameraların quraşdırılması işini mütləq şəkildə başa çatdırmalıdır. Kamerası olmayan avtobuslara qarşı müxtəlif məcburedici tədbirlər görülür”.
Mövzu ilə əlaqədar oxuyun:
Bakıda sərnişin avtobus sürücüsünü vəhşicəsinə döydü – VİDEO
S.Xankişiyeva