Xəbərlər

Lenovo və Nutanix məhsulları bazasında IaaS tətbiq edən Delta Telecom şirkəti Lenovo Platinum Partner statusuna layiq görülüb
19 sentyabr, 2017 11:05

Azərbaycanın aparıcı telekommunikasiya şirkəti və ən böyük rabitə operatorlarından biri Delta Telecom regionumuzda ilk dəfə olaraq Lenovo şirkətinin ən yüksək dərəcəli Platinum Partner statusuna layiq görülüb.

Bu statusu şirkət IT infrastrukturunun tətbiq edilməsi ilə bağlı iki birgə böyük layihəni uğurla başa çatdırdıqdan, habelə Lenovo və Nutanix məhsulları üzərində qurulmuş “Özəl Bulud” - IaaS (Infrastructure as a Service) platformasını işə saldıqdan sonra əldə edib.

Qeyd edək ki, korporativ bulud hesablamaları sahəsində aparıcı yer tutan Nutanix şirkəti bu yaxınlarda Google Cloud ilə strateji alyans quracağını elan edib. Sazişə əsasən, Google və Nutanix şirkətləri Nutanix və Google Cloud Platform (GCP) mühitlərini birləşdirərək özəl bulud arxitekturalarının və miqyaslanan ictimai bulud mühitlərinin ən üstün xüsusiyyətlərindən yararlanaraq hibrid həllərin quruluşu və istismar edilməsi sahəsində birgə səy göstərəcək. Konsepsiyanın əsasını Lenovo fiziki serverləri bazasında aparılan paylaşılmış hesablamalar təşkil edir.

Bu texnologiya kəsişən platformalar həllərindən artıq bu gün istifadə etməyə imkan yaratmaqla yanaşı, bazarda mövcud olan 4 hipervizoru, virtual maşınların avtomatik miqrasiyasını, müxtəlif nəsillərə aid serverləri və bir çox əməliyyat sistemlərini dəstəkləyir. 2018-ci ilin ilk rüblüyündən etibarən Nutanix həllərindən istifadə edən korporativ müştərilər ənənəvi və bulud tətbiqləri arasında miqrasiya həyata keçirə, öz məlumat emal mərkəzlərini GCP-də genişləndirə, habelə hər iki mühitdə konteynerləri qısa müddət ərzində işə hazır vəziyyətə gətirə biləcəklər.

Bu gün qarşıya çıxan mürəkkəb məsələlərin həllində, eləcə də hesablama resurslarının planlaşdırılmasında IT departamentlərinin köməyinə tam avtomatlaşdırma, habelə Nutanix proqram təminatına daxil edilən süni intellekt gəlir. Bununla yanaşı, söhbət tam avtomatlaşdırılmış, insan faktorundan demək olar ki, heç asılı olmayan sistemdən gedir. Mövcud texnologiya məlumat emal mərkəzlərini cəmi bir neçə saat ərzində işə hazır vəziyyətə gətirməyə, kapital və əməliyyat xərclərini azaltmağa, IT infrastrukturasının idarə edilməsini asanlaşdırmağa, eləcə də maksimum təhlükəsizliyin, habelə avadanlığın sıradan çıxmadan işləməsinin təmin olunmasına imkan verir.

Lenovo Converged sistemlərinin yeni, əvvəlcədən quraşdırılmış Nutanix proqram təminatlı HX seriyası proqramla təyin olunan mühitlərin, virtual iş masalarının, ictimai və özəl buludların, videonəzarət sistemlərinin, məlumat bazalarını idarəetmə sistemlərinin, habelə “biq data” ilə işin tənzimlənməsi və qurulması üçün olduqca uyğundur.

Delta Telecom-un Lenovo və Nutanix kimi tərəfdaşlarla birgə fəaliyyəti Nutanix şirkətinin həmtəsisçisi və başçısı Diraj Pandey tərəfindən yüksək qiymətləndirilib. O, Delta Telecom-un və Lenovo şirkətinin Azərbaycan ofisinin nümayəndələri ilə cari ilin iyun ayında Vaşinqtonda keçirilən Nutanix konfransında görüşü əsnasında Azərbaycanın belə innovativ layihələri həyata keçirməyə hazır olduğunu yüksək qiymətləndirərək ümidvar olduğunu deyib ki, belə bir əməkdaşlıq yeni həllərin yaradılmasına və dünya səviyyəsindəki peşəkarlıq dərəcəsinin əldə olunmasına stimul verəcək.

Delta Telecom tərəfindən yaradılmış «Özəl Bulud» Lenovo Converged HX5500 məhsul xəttinə əsaslanan, əsas və köməkçi - iki klasterin işə salınmasını nəzərdə tutur, miqyaslama məsələsində isə hər hansı məhdudiyyətə tabe tutulmur. IaaS istifadəçilərinin sərəncamına təkmilləşdirilmiş və rahat idarəetmə sisteminə malik portal veriləcək. Həmin portalda istifadəçilər müstəqil şəkildə resursları əldə edə biləcək, bu resurslardan bulud daxilində sərbəst idarə edəcəklər. Hal-hazırda Delta Telecom miqrasiya və xidmət portalının kastomizasiya proseslərini həyata keçirir. Bu proseslər tamamlandıqdan sonra servis bütün müştərilərə təqdim olunacaq.

«Delta Telecom-un Nutanix ilə birgə hazırladığı həll müasir məlumat emaletmə və saxlama infrastrukturası yaratmağı asanlaşdıran sistemi qurub müştərilərə təklif etməyə imkan verdi. Biz bu sistemi keyfiyyətçə yeni, daha üstün səviyyəyə çıxartmağa, onun miqyaslama imkanlarını və effektivliyini artırmağa, eləcə də investisiyaların bir ildən də az müddət ərzində geri qaytarılmasına nail olduq», - deyə, Lenovo şirkətinin Rusiya və MDB üzrə korporativ satış departamentinin direktoru Pavel Zotov qeyd edib.

Reklam hüququnda

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.