Qasırğa baş nazirinin evinin damını uçurub
19 sentyabr, 2017 09:22
Ən təhlükəli 5-ci dərəcəyə qədər güclənən "Mariya" qasırğası Dominikanın baş naziri Ruzvelt Skerritin evinin damını uçurub.
1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir öz "Facebook" səhifəsində yazıb.
Məlumata əsasən, qasırğa Rozo şəhərində əsas xəstəxananında damını uçurub.
Bir qədər sonra baş nazir bildirib ki, xilasedicilər onu xilas ediblər.
1news.az