Sabirabadda azyaşlı bacı-qarda müəmmalı şəkildə ölüb
19 sentyabr, 2017 13:24
Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.
1news.az APA-ya istinadla xəbər verir ki, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.
Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub.
Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da ölüb. Onun qıcolmadan öldüyü bildirilir.
Hazırda ölümlərin dəqiq hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1news.az