Fransa Nazirliyinin baş direktoru Təməl proqramının qonağı olub - VİDEO
18 sentyabr, 2017 20:58
Təhsil Nazirliyi ilə 1news.az informasiya agentliyinin birgə layihəsi olan “Təməl” proqramının yeni mövsümdəki buraxılışı efir üzü görüb.
1news.az-ın verdiyi xəbərə görə, verilişin ilk qonağı Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin baş direktoru Alen Berets olub.
A.Berets ali təhsilin qlobal inkişafı, innovasiyalar haqqında fikirlərini, eləcə də UFAZ-a yeni qəbul olunan gənclərə təbriklərini çatdırıb.
1news.az