Kataloniya rəhbərliyi danışıqlardan imtina edib
18 sentyabr, 2017 16:40
Kataloniya hökuməti hazırda İspaniya hakimiyyəti ilə 1 oktyabr "referendum"u və sonrakı hadisələrlə bağlı heç bir danışıqlar aparmır.
1news.az xəbər verir ki, bu barədə Kataloniya hökumətinin sədr müavini Oriol Junkeras bildirib.
O qeyd edib ki, dialoq tərəfdarıdırlar, hər kəslə danışmağa çalışırlar: "Biz Konqresdə 18 dəfə buna cəhd etdik və bizə 18 dəfə imtina etdilər".
O.Junkeras növbəti dəfə bəyan edib ki, Kataloniyada oktyabrın 1-də müstəqillik haqqında referendum keçiriləcək: "Referendum cinayət deyil".
Hökumətin sədr müavini əlavə edib ki, əgər 1 oktyabr "referendum"unda İspaniyadan ayrılmaq tərəfdarları qalib gəlsələr, müstəqillik elan olunacaq: "Əgər əleyhdarlar qələbə qazansalar, Kataloniya parlamenti buraxılacaq".
1news.az