2018-ci il dövlət büdcəsinin layihəsi hökumətə təqdim olunub
18 sentyabr, 2017 13:24
2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim olunub.
1news.az xəbər veir ki, bu barədə APA-ya maliyyə Nazirliyindən məlumat verilib.
“Büdcə sistemi haqqında” qanuna və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2017-cı il 25 yanvar tarixli sərəncamına uyğun olaraq 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri 2017-cı il 15 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim olunub”, - deyə məlumatda vurğulanıb.
1news.az