ABŞ Kubadakı səfirliyini bağlaya bilər
17 sentyabr, 2017 20:15
ABŞ Kubadakı səfirliyinin bir neçə əməkdaşının akustik hücumun təsirinə məruz qalmasından sonra səfirliyin bağlanması məsələsi gündəlikdədir.
1news.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün ABŞ dövlət katibi Reks Tillerson bildirib.
R. Tillerson ABŞ-ın Kubadakı səfirliyinin bağlanması məsələsinə baxıldığını qeyd edib.
Qeyd edək ki, avqust ayında ABŞ Dövlət Departamenti ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşının xüsusi cihaz vasitəsi ilə akustik hücuma məruz qaldığını bəyan edib. Həkimlər həmin diplomatlara yüngül kəllə-beyin travması diaqnozu qoyublar.
1news.az