Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi azaldılıb
17 sentyabr, 2017 19:58
Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi ən yüksək "kritik"dən "ciddi"yə qədər azaldılıb.
1news.az xəbər verir ki, bunu Böyük Britaniyanın daxili işlər naziri Ember Radd "BBC" telekanalının efirində bildirib.
Xəbər verildiyi kimi, Londonda baş verən terror aktından sonra Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi ən yüksək "kritik"ə qədər qaldırılmışdı.
Qeyd edək ki, sentyabrın 15-i səhər saatlarında Böyük Britaniyanın paytaxtı Londonda "Parsons Green" metrostansiyasında partlayış baş verib. Partlayış nəticəsində 30 nəfər xəsarət alıb.
1news.az