Bu ilin yanvar-avqust aylarında Azərbaycan ötən ilin 8 ayı ilə müqayisədə qeyri-neft ixracını 30 faiz artırıb.
1news.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının ixracatı 37 faiz, sənaye məhsulları ixracatı isə 25,4 faiz artıb:
"Bu, bizim iddialı planlarımızla bağlı müsbət göstərici deməkdir".
Eyni zamanda, nazir müavini bildirib ki, ixracat artımı ilə yanaşı, ixrac edilən məhsulların spektri də böyüyür - bir il ərzində bu göstərici 16,6 faiz artaraq, 2700-dən çox fərqli məhsula çatıb:
"Bu müddət ərzində həmçinin Azərbaycanda ixracla məşğul olan şirkətlərin sayı da artıb. Avqustun sonunda şirkət və fərdi sahibkarların sayı 11 mini keçib".
1news.az