Tramp Nyu-Yorkda Türkiyə və Ukrayna prezidentləri ilə görüşəcək
15 sentyabr, 2017 23:36
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Petro Poroşenko ilə görüşəcək.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Herbert Makmaster bəyan edib.
“Sentyabrın 21-də prezidenti Tramp Türkiyə, Əfqanıstan və Ukrayna liderləri ilə görüşəcək. Daha sonra prezidentin Cənubi Koreya və Yaponiya rəhbərləri ilə birgə işçi nahar edəcəyi gözlənilir. Bundan əvvəl, sentyabrın 18-də prezident Fransa və İsrail liderləri ilə görüşəcək”, deyə H.Makmaster bildirib.
Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti 72-ci sessiyası sentyabrın 12-də BMT-nin mənzil-qərargahında başlayıb.
1news.az