Azərbaycanda nazir oğlu dünyasını dəyişib
15 sentyabr, 2017 22:08
Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib.
1news.az xəbər verir ki, bu barədə APA-ya ailəyə yaxın mənbə bildirib.
Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.
Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.
1news.az