Meksikada qasırğa 200-yə yaxın evi dağıdıb
15 sentyabr, 2017 22:00
Meksikanın Qerrero ştatında “Maks” qasırğası 200-yə yaxın evi dağıdıb.
1news.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Hektor Astudilyo özünün “Tvitter” səhifəsində yazıb.
“Qerrero ştatının San-Markos yaşayış məntəqəsində 200-dək yaşayış evi dağılıb, 1 nəfər itkin düşüb”, H.Astudilyo bildirib. Qasırğa nəticəsində ölən və xəsarət alan olmayıb.
Qasırğa zamanı küləyin sürəti saniyədə 36 metrə çatıb. Hazırda qasırğa 1-ci səviyyəyə qədər enib.
1news.az