London metrosundakı partlayışda yaralananların sayı artıb
15 sentyabr, 2017 21:44
London metrosunda baş verən partlayış nəticəsində yaralananların sayı 29-a çatıb.
1news.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 22 nəfərin yaralandığı bildirilirdi.
Yaralıların həyatlarına təhlükə olmadığı bildirilir. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Skotland-Yarddan bildirilib ki, qatarda yerləşdirilən əldəqayırma partlayıcı qurğu tam işə düşməyib.
London metrosunun "Parsons Green” stansiyasında partlayış bu gün, səhər saatlarında baş verib.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı