Xızı rayonunda risk altında olan sahələrdə çalışan insanlar, təşkilat və müəssisə rəhbərləri arasında insan alveri ilə bağlı növbəti maarifləndirmə kampaniyası həyata keçirilib.
1news.az-ın məlumatına görə, tədbir “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi ”Məlumatlı ol ki, İnsan alveri qurbanı olmayasan” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə ekspert Gülayə Səfərova iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları, onların qaynar xətt xidmətləri barədə məlumat verib və bu sahədə təşkilat tərəfindən hazırlanmış yaddaş kitabçası iştirakçılara təqdim olunub.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, təhsil şöbəsinin işçiləri, inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar və ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər iştirak ediblər.
Mövzu ilə bağlı tədbir iştirakçılarından rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov, Xızı RPŞ-nin əməkdaşı Ziya Əliyev öz fikirlərini bölüşüb və təkliflərini verib.
1news.az