“Yeni Həyat” MMC bir neçə gündür mətbuatda müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə dair rəsmi açıqlama yayıb.
1news.az-ın məlumatına görə açıqlamada deyilir:
“Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun idarə etməsində bir neçə şirkət vardır.
Bunlar Grand Hayat MTK – Bakı şəhəri Tbilisi prospekti 1034 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Hayat Palace MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Park Azure MTK - Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara vermişdir, Megafun AVM - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi. Komplekslərə xidmət göstərən Hayat Management MMC-dir.
Müflis elan edilməsi barədə xəbər yayılmış Yeni Həyat MMC Zərifə Əliyeva 55 ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil vermişdir və 2015-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılmışdır və binaya xidmətin göstərilməsi üçün Hayat Management MMC-yə təhvil verilmişdir.
Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun müflis olunması barəsində yerləşdirilən məlumatlar tam yalnışdır və heç bir əsası yoxdur. Şirkətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və layihələrimiz mərhələli şəkildə təhvilə hazırlanmaqdadır”.
1news.az