YARAT Müasir İncəsənət Mərkəzi ənənəvi olaraq artıq ikinci ildir ki, təşkil olunan “Gəlin birgə olaq” adlı uşaq festivalını təqdim edir.
1news.az-ın verdiyi xəbərə görə, bu il festivalın mövzusu YARAT mərkəzində nümayişdə olan və əsasən iki müxtəlif nəslin fikirlərini birləşdirən “Qazaxstan üzərində günəş və neonlar” adlı sərgisi ilə bağlıdır.
Festivalda baş tutacaq bütün tədbirlər 3 yaşdan yuxarı uşaqları əhatə etməklə yanaşı onların valideynlərinin də aktiv iştirakı nəzərdə tutub.
Festivalın proqramı:
- Üz rəngləmə – Sevimli Bala
- Uşaqlar üçün yoqa dərsi – The Art of Living
- Rəsm üzrə ustad dərsi – Nərminə Bağırova, Qafar Rzayev
- VIVA Dessert tərəfindən xüsusi ustad dərsi
- Rəqs üzrə ustad dərsi – Emin Useynov (NERO Dance Center), Ilham Osmanov’s Dance and Art Studio
- Kollaj hazırlama üzrə ustad dərsi – Hatəm Əlizadə
- “Xatirələr yarat” adlı xüsusi ustad dərsi – Novruz Məmmədov
- İstifadə olunmuş əşyalardan art obyektlərin yaradılması – Zemfira Əzimova
- Rəqqasların çıxışı – NERO Dance Crew
- Açıq havada "Yallı" rəqsi üzrə ustad dərsi – Ilham Osmanov’s Dance and Art Studio
- Bulvar ərazisində yallı rəqsi – Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri orkestri. Bədii rəhbər Aysel Bağırova
Əgər siz də yeni dərs ilini qeyd etmək üçün bu möhtəşəm festivalda iştirak etmək istəyirsinizsə, öncədən zəng edib qeydiyyatdan keçməyi unutmayın. Bütün ustad dərslərində iştirak üçün yerlərin sayı məhduddur. Hər kəs sadəcə 3 ustad dərsində iştirak üçün qeydiyyatdan keçə bilər.
Dəstəyə görə Dənizkənarı Bulvar İdarəsinə, Viva Dessert, Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri orkestrinə, “NERO” Dance Center, Ilham Osmanov’s Dance and Art Studio və “The Art of Living” təşkilatına dərin minnətdarlığımızı bildiririk.
S.Xankişiyeva