Xəbərlər

Bakıda turistlər üçün xüsusi kartlar hazırlanır
13 sentyabr, 2017 20:55

Bakıda muzeylərdə, mədəniyyət obyektlərində, ictimai nəqliyyat vasitələrində və turistlər üçün turlar təşkil edən “Baku city bus” avtobuslarında istifadə məqsədilə vahid turist kartları hazırlanır.

Milli Turizm Təbliğat Bürosunun (MTTB) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, kartın hazırlanmasında məqsəd turistlərin məmnunluğunu təmin etmək, MTTB-nun bu layihədən gəlir əldə etmək istəyidir.

Bildirilib ki, dünyanın inkişaf etmiş bir çox ölkələrində belə kartlar mövcuddur. Turistlər üçün 2 cür – 30 günlük və 1 illik kartın hazırlanması nəzərdə tutulur. Bir illik kartın istifadə müddəti uzadıla da bilər. Bu kartları əldə edən həm xarici, həm də yerli vətəndaş müəyyən xidmətlərdən pulsuz istifadə edə, müəyyən xidmətlərdən isə güzəştlə istifadə edə biləcək. Kartlara muzeylərə giriş, Bakıda ekskursiya keçirən avtobuslardan, nəqliyyat vasitələrindən istifadə daxildir. Bu kart müəyyən mağazalarda endirim imkanı da verə bilər. Hazırda bunlar araşdırılır. Turistlər tərəfindən hansı xidmətlər daha çox alqışlanırsa, onu genişləndirəcəyik, hansı xidmətdən az istifadə edilərsə, o azaldılacaq.

Bildirilib ki, hazırda kartlar və onların qiymətləri ilə bağlı layihə müvafiq dövlət və biznes strukturları ilə müzakirə edilir.

Turistlər üçün nəzərdə tutulan kartlar elektron olacaq. Bu kartları turizm agentliklərindən, şəhərdəki müəyyən satış nöqtələrindən əldə etmək, eyni zamanda, onlayn sifariş etmək də mümkün olacaq.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.