Xəbərlər

Mərakeş kralı Azərbaycan prezidentinə məktub göndərib
12 sentyabr, 2017 12:05

Mərakeşin Kralı VI Mohammed Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Qardaş ölkələrimiz - Azərbaycan ilə Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik diləyir, xalqınıza rəhbərliyiniz altında tərəqqi, sülh və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımız arasındakı əməkdaşlığa və qardaşlıq münasibətlərinə böyük dəyər verdiyimi bildirmək istərdim. Mən, həmçinin ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında ümumi maraq doğuran bütün məsələlər üzrə məsləhətləşmələrimizdən və razılaşdırılmış tədbirlərimizdən də çox razıyam.

Bu baxımdan, Zati-aliləri, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmək barədə təşəbbüsünüz İslam dininə, tolerantlıq və bərabərhüquqlu dəyərlərə açıq-aydın dəstək verdiyinizi nümayiş etdirir və bunu yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.

Mən xalqlarımızın istəklərinə nail olmaları, daha xoş və təhlükəsiz gələcəkləri, sülh və sabitlik, inkişaf, tərəqqi, birlik və həmrəylik içində yaşamaları üçün Zati-alinizlə bütün sahələrdə əməkdaşlığımızı gücləndirməkdə çox maraqlı olduğumu bildirmək istəyirəm”.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.