İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkarlanıb
12 sentyabr, 2017 22:27
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İdarənin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Bu barədə 1news.az-a DGK-dan məlumat verilib.
Nəticədə, vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az