“Pulsuz Wi-Fi” tezliklə Dədə Qorqud parkı və Nərimanov metrosunun yaxınlığındakı parkda istifadəyə veriləcək.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Bakı Telefon Rabitəsi” MMC tərəfindən cari ilin mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə “Pulsuz Wi-Fi” xidmətindən paytaxt sakinləri və şəhərimizin qonaqları yaxın günlərdə Dədə Qorqud və Nərimanov parklarında da istifadə edə biləcəklər.
Qeyd edək ki, indiyədək “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.
1news.az