Lənkəranskinin qətlində əli olan azərbaycanlı öldürüldü
12 sentyabr, 2017 16:46
Ötən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Ortaçala rayonun ərazisində azərbaycanlı odlu silahla qətlə yetirilib.
1news.az-ın AzVision.az-a istinadla verdiyi xəbərə görə, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.
“Rustavi 2” televiziya kanalı bildirib ki, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur. Belə ki, onun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi başlanıb.
Faktla bağlı hələlik saxlanılan yoxdur.
S.Xankişiyeva