Almaniyada keçiriləcək “2017 International Motor Show Frankfurt” beynəlxalq avtomobil sərgisində Audi AG brendi dünyaya gələcəyin yeni müstəqil idarə olunan avtomobilini nümayiş edəcək.
Müasir dizaynı və son texnologiyaları özündə birləşdirən yeni Audi Aicon avtomobili sərnişinlərin rahatlığı üçün kommunikasiya cihazları ilə təchiz olunub.
Avtomobilin ölçülərinə gəldikdə isə eni 2100 mm, uzunluğu isə 1506 mm təşkil edir. Avtomobilin iri şüşə pencərələri sərnişinlərə səfər zamanı gözəl mənzərədən həzz almaq üçün hər bir şərait yaradıb.
Yüngül çəkili materiallardan hazırlanan elektrik mühərrikli bu model optimallaşan dinamiklər sayəsində enerji topladıqdan sonra tam 700-800 km məsafə gedə bilir. Enerji toplaması üçün bu avtomobil yüksək 800 voltlu cihazla təchiz olunub. Bu cihaz müdaxilə olmadan cəmi 30 dəqiqəyə avtomobilə 80% enerji toplamaq imkanı verir. Audi Aicon 4 eletrik mühərriki ilə hər təkərin hərəkətinə təkan verərək quattro (AWD) sisteminə nəzərat edir.
Yollarda olan maneələrə və hər bir hava şəraitinə tab gətirən bu avtomobil sərnişinləri rahat şəkildə lazım olan ünvana çatdıracaq.
Reklam hüququnda