Hazırda həbsdə olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
1news.az APA-ya istinadla xəbər verir ki, Qazaxıstan Respublikasına səfərdən qayıdandan sonra Prezident İlham Əliyevə məsələ ilə bağlı məruzə olunub. Azərbaycan Prezidenti hüquq mühafizə orqanlarına Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb.
Xatırladaq ki, Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdı.
Aidiyyəti orqanlar M.Əliyevin müraciətini Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamına uyğun olaraq nəzərdən keçirirlər.
1news.az