Saakaşviliyə qarşı cinayət işi açılıb
11 sentyabr, 2017 09:30
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin eks qubernatoru Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb.
1news.az-ın interfax.ru-ya istinadla verdiyi xəbərə görə, Saakaşviliyə qarşı Cinayət Məcəlləsinin 332-ci maddəsi ilə (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi ilə açılıb.
Qeyd edək ki, ötən gün Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.
S.Xankişiyeva