Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışının vaxtı məlum olub
11 sentyabr, 2017 14:06
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.
1news.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib.
"Hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars planlaşdırılmış dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 28-də keçiriləcək", - deyə o bildirib.
1news.az