Sentyabrın 10-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və “World Polo” MMC-nin təşkilatçılığı ilə Bakıda FİP arenada keçirilən polo üzrə dünya kuboku yarışlarında üçüncü yer uğrunda mübarizəyə start verilib.
1news.az xəbər verir ki, yarışdan əvvəl Dövlət Sərhəd Xidmətinin orkestrinin nümunəvi çıxışı olub. Daha sonra yarış iştirakçıları Azərbaycanın milli rəqslərini izləyiblər.
Bədii hissədən sonra “Grand Champions Polo Club” komandası ilə "Monte-Carlo Polo” klubunun üçüncü yer uğrunda mübarizəsi başlayıb. Görüş ABŞ-ın “Grand Champions Polo Club” kollektivinin 6.5:3 xal hesablı qələbəsi ilə başa çatıb. Nəticədə ABŞ klubu dünya kubokunda üçüncü yeri tutub.
Qeyd edək ki, dünya kubokunun finalında Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club” komandası ilə İsveçrənin “Evviva Polo Club” klubu qarşılaşacaq.
1news.az