Məmmədəli Ağayev “Dostluq” ordeni ilə təltif edilib
07 sentyabr, 2017 17:50
Prezident İlham Əliyev M.H.Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Məmmədəli Hüseyn oğlu Ağayev “Dostluq” ordeni ilə təltif edilsin.
S.Xankişiyeva

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı