Xəbərlər

Azercell-dən növbəti uğur
07 sentyabr, 2017 16:00

Azercell Telekom MMC növbəti dəfə keyfiyyətin idarəolunması standartı üzrə İSO 10002:2014 sertifikatını alıb.

Bu sertifikat keyfiyyətli idarəetmə sisteminin Azercell-in öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb. Bu beynəlxalq standart bütün növ kommersiya və ya qeyrikommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.

Azercell Telekom MMC-nin məhz müştərilərlə iş sahəsində fəaliyyətinin qiymətləndirilməsi təsadüfi deyil. Azercell müştəri şikayətlərini bir təkmilləşdirmə fürsəti olaraq görür, şikayətlərin idarəedilməsi zamanı məxfilik, düzgünlük, tərəfsizlik, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir. Həmçinin, şikayətləri səmərəli həll etmək ilə yanaşı müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir.

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. Qeyd edək ki, Azercell Telekom ilk dəfə 2011-ci ilin martında sertifikatlaşdırma auditindən uğurla keçərək ISO 10002 Standartına uyğunluq sertifikatını qazanıb. 

Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir.Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb. Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 58 müştəri xidmətləri mərkəzi və 347 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir. Bu məntəqələr yüksək keyfiyyətli servis göstərmək üçün bütün ölkə boyu müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz  

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Reklam hüququnda

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.