Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 5-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 1 130 ədəd partlamamış hərbi sursat, 299 ədəd partlamış-yanmış sursat qalıqları və 106 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 2 716 890 kv.m (271.69 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 10 gün ərzində 12 ev, 40 evin həyətyanı sahəsinə, 7 ferma ərazisinə, 13 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına,ceko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərinə baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 3 877 ədəd partlamamış hərbi sursat (PHS), 2 438 ədəd partlamış-yanmış sursat qalıqları və 2 213 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 13 202 562 kv.m (1 320.26 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 4 142 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Babək Cahandarov